Icma.az
close
up
RU
Jurnalistika fakültəsinə ehtiyac varmı? KONKRET

Jurnalistika fakültəsinə ehtiyac varmı? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Avqustun 4-də jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək. İmtahanda 827 abituriyentin iştirakı nəzərdə tutulur. Bu ixtisası bitirənlərin neçəsi sonradan juralistika ilə məşğul, neçəsi digər sahələrə üz tutur, – konkret məlumat yoxdur. Fakt budur ki, hazırda Azərbaycan jurnalistikasında fəaliyyət göstərən şəxslərin əksəri başqa ixtisas sahibləridir. Elə isə jurnalistika fakültəsinə ehtiyac varmı? Axı media işçisindən iki şey tələb olunur: mövzu fikirləşmək və yazmaq bacarığı.

“Bu gün məlumatı dəqiq və düzgün formada təqdim etməyə böyük ehtiyac var. Ona görə də jurnalistika təhsilinin olması çox vacibdir. İxtisas təhsili olmadan da uğur qazanan həmkarlarımız var, amma təhsilin olması heç nəyə ziyan vurmur”.

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli bildirib.

Onun fikrincə, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, internet mediasının və sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə jurnalistika təhsilinə ehtiyac daha da artıb:

“İnformasiyanın toplanması, emalı, düzgün təqdim edilməsi, etik və hüquqi normalara əməl olunması kimi məsələlər peşəkar hazırlıq tələb edir”

Q. Məhərrəmli hətta jurnalistika üzrə kolleclərin və ya reportyor məktəblərinin yaradılmasını da məqsədəuyğun sayır:

“Nəzəri biliklərlə yanaşı, praktik hazırlığın gücləndirilməsinin vacibdir”. O, xüsusilə istehsalat təcrübəsinin təşkilində ciddi problemlərin olduğunu qeyd edib:

“3 il ərzində praktikadan uzaq qalan tələbənin yalnız son kursda qısa müddətə redaksiyalara göndərilməsi düzgün yanaşma deyil. Tətbiqi jurnalistikaya daha çox diqqət ayrılmalıdır”.

Mövzu qıtlığı məsələsinə münasibət bildirən Qulu Məhərrəmli bunun müxtəlif səbəblərdən qaynaqlandığını deyib. O, jurnalistin düşüncə tərzini, müşahidə qabiliyyətini, mütaliəsini və dünyagörüşünü əsas amillərdən hesab edib. Ekspertin fikrincə, redaksiyaların informasiya siyasəti və mövcud məhdudiyyətlər də bu prosesə təsir göstərir.

“Medianın işi cəmiyyətə güzgü tutmaq, problemləri görmək və hadisələri operativ, dürüst, vicdanlı şəkildə işıqlandırmaqdır”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də jurnalistika fakültələrinin fəaliyyətini vacib sayır.

O qeyd edib ki, jurnalistlərin əhəmiyyətli hissəsinin başqa sahələr üzrə təhsil almasına baxmayaraq, jurnalistika ayrıca peşə və eyni zamanda elmi istiqamətdir:

“Jurnalistikanın öz dili, janrları, metodologiyası və elmi araşdırma sahələri var. Buna görə də dünyanın bir çox ölkələrində jurnalistika fakültələri ayrıca tədris istiqaməti kimi qorunub saxlanılır”.

Arif Əliyevin sözlərinə görə, müasir texnologiyaların, internet mediasının və süni intellektin inkişafı jurnalistikanın texniki tərəflərini daha da mürəkkəbləşdirib və bu da peşəkar hazırlığa olan ehtiyacı artırır.

Bununla yanaşı, o, Azərbaycanda jurnalistika təhsilinin keyfiyyəti ilə bağlı problemlərin mövcud olduğunu da qeyd edib. Ekspert hesab edir ki, məsələ müəllimlərdən daha çox tədris proqramları, standartlar və universitetlərdəki yanaşma ilə bağlıdır:

“Bu gün redaksiyalar ali təhsil almış gəncləri işə qəbul etdikdən sonra onlarla yenidən ciddi şəkildə işləməyə məcbur olur. Dünyada çox güclü jurnalistika məktəbləri var və onların təcrübəsindən yararlanmaq bizim üçün faydalı ola bilər”.

Mövzu tapmaq probleminə gəlincə, Arif Əliyev bunun əsas səbəblərindən birinin jurnalistlərin fəaliyyət göstərdiyi mühitlə bağlı olduğunu bildirib. Onun fikrincə, bir sıra mövzuların həssas hesab olunması, informasiya əldə etməyin çətinliyi və məlumat mənbələrinin məhdudluğu jurnalistlərin seçim imkanlarını daraldır.

“Jurnalist bir çox hallarda hansı mövzunun riskli, hansı mövzunun isə təhlükəsiz olduğunu düşünərək hərəkət edir. Nəticədə əksər redaksiyalarda eyni mövzular işlənir və ortaya bir-birinə bənzər xəbərlər çıxır”.

Ekspert əlavə edib ki, dövlət qurumlarından, statistik mənbələrdən və müxtəlif sahələr üzrə ekspertlərdən məlumat almaqda yaranan çətinliklər də jurnalistlərin araşdırma imkanlarını məhdudlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Avqust 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri