BDU nun 220 yerlik “Tələbə evi” müasir standartlara cavab verir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” 2021-ci ildə istifadəyə verilib, həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub.
BDU-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ən müasir standartlara cavab verən “Tələbə evi”ndə otaqlar mebel, məişət avadanlığı, istilik sistemi ilə təmin edilib. Burada ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, idman sahəsi, tibb məntəqəsi fəaliyyət göstərir. Yeməkxana bütün zəruri avadanlıqla təchiz edilib. Otaqlar yüksəksürətli internet şəbəkəsi ilə təchiz olunub.
Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 21 Avqust 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















