BDU nun Abituriyent Məlumat Mərkəzinə 600 dən çox müraciət daxil olub
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 19 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ixtisas seçimlərində BDU-nu seçəcək abituriyentlər üçün yaradılan Abituriyent Məlumat Mərkəzi və xüsusi vatsap nömrəsi fəaliyyətini uğurla başa çatdırıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, avqustun 14-dən fəaliyyətə başlayan Abituriyent Məlumat Mərkəzinə 38 müraciət daxil olub, xüsusi vatsap nömrəsi vasitəsilə 574 şəxsin sorğusu cavablandırılıb.
BDU-nu seçəcək abituriyent və valideynlər altı gün ərzində Abituriyent Məlumat Mərkəzi və vatsap nömrəsi vasitəsilə ixtisas seçimləri barədə ətraflı məlumatlandırılıb. Onların universitetdə tədris olunan ixtisaslar, qəbul qaydaları, qəbul göstəriciləri, plan yerləri və təhsil imkanları barədə sualları operativ cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 Avqust 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















