Icma.az
close
up
RU
BDU nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu FOTOLAR

BDU nun Faydalı qazıntılar muzeyinin təmirdən sonra açılışı oldu FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Dövlət Universitetinin (BDU) Faydalı qazıntılar muzeyinin BP və şirkətin Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının (“SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies”) dəstəyi ilə əsaslı təmirdən sonra açılışı olub.

"Unikal" xəbər verir ki, BDU-da tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş bu layihə Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb.

Muzeyin açılışında çıxış edən rektor Elçin Babayev bildirib ki, Faydalı qazıntılar muzeyi elm-tədris-sənaye əməkdaşlığının ən gözəl nümunəsi hesab edilə bilər. Məkan kitabxana-muzey-tədris laboratoriyası kimi fəaliyyət göstərməklə BDU-da tədris prosesinin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Muzey yalnız BDU tələbələri deyil, digər universitetlərin tələbələri, orta məktəb şagirdlərinin üzünə də açıq olacaq. BDU ölkənin ən qədim universiteti kimi öz tarixi və dünya şöhrətli məzunları ilə fəxr edir. Tarixi ənənələri davam etdirən Universitetdə son illər rəqəmsallaşma istiqamətində ciddi addımlar atılıb. Rektor belə interaktiv təlim və tədris mərkəzi yaratdığına görə BP şirkəti və tərəfdaşlarına təşəkkür edib. O bildirib ki, BP şirkəti son illər BDU-da bir çox sosial layihələr həyata keçirib, bunlar Universitetin həyatına rəngarənglik qatıb. Rektor xatırladıb ki, muzeydə 1997-ci ildən akademik Musa Əliyev adına kabinet fəaliyyət göstərib: “Bizim üçün fəxrdir ki, görkəmli elm və dövlət xadimi, akademik Musa Əliyev öz kitabxanasını məhz BDU-ya bağışlayıb. Muzeyin əsaslı təmiri zamanı həmin kitabxana da rəqəmsallaşdırılaraq müəllim və tələbələrimizin ixtiyarına verilib. Mən bu işə göstərdiyi dəstəyə görə ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə təşəkkür edirəm”.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev akademik Musa Əliyevin Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr verdiyini, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyini, onun AMEA-nın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. O, BDU-nun Azərbaycan elmi, təhsili, tarixi, mədəniyyəti üçün daim maariifləndirici bir ocaq olduğunu xatırladıb, Faydalı qazıntılar muzeyinin fəaliyyətinə uğurlar arzulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz qeyd edib ki, bu layihə şirkətin ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyinin gözəl nümunəsidir: “Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq”. BP-nin regional prezidenti 2019-cu ildən başlayaq BDU ilə əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox uğurlu layihələr həyata keçirildiyini bildirib. O, bu mərkəzin geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan yaradacağını,  BDU-da interaktiv təhsilə fayda verəcəyini bildirib: “Ümid edirik ki, tələbələr və digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər”.

Milli Məclisin sədr müavini, BDU-nun professoru, akademik Rafael Hüseynov, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə, Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə çıxışlarında akademik Musa Əliyevin Azərbaycan xalqı və elmi qarşısında xidmətlərindən danışıb, Faydalı qazıntılar muzeyinin elm, təhsil, tədqiqat və texnologiya mərkəzi kimi faydalı olacağına əminliklərini bildiriblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri