Icma.az
close
up
RU
BDU nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

BDU nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 18-də Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan forum Avrasiya məkanının aparıcı universitetləri və beynəlxalq təşkilatlarının rəhbərlərini və müxtəlif təhsil platformalarını bir araya gətirib.

Forumun ilk günü Qazaxıstan Milli İdman Universitetində keçirilib. Açılış mərasimində nümayiş etdirilən “Qazaxıstan – akademik və elmi bilik məkanı” videoçarxında ölkənin təhsil və tədqiqat sahəsindəki uğurları, aparılan islahatlar nümayiş etdirilib. Forumu Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek açıb. Nazir ölkədə ali təhsilin beynəlmiləlləşməsi siyasətinə və beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayrıldığını vurğulayıb.

Forumun işi ali təhsilin əsas inkişaf istiqamətlərinə həsr olunmuş panel sessiyaları ilə davam edib. Panel sessiyalarında transmilli təhsil və universitet filiallarının fəaliyyəti, rəqəmsal platformaların tədrisə inteqrasiyası, elmin və innovasiyanın ali təhsilin gələcəyindəki rolu, qlobal tərəfdaşlıq və universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi müzakirə olunub. Eyni zamanda, birgə təhsil proqramları, akademik mobillik və keyfiyyət təminatı məsələlərinə diqqət yetirilib. İştirakçılar ali təhsil müəssisələrinin beynəlxalq elmi-tədqiqat məkanına inteqtasiyası və gələcəyin iqtisadiyyatı üçün zəruri bacarıqların formalaşdırılması barədə fikir mübadiləsi aparıblar.

BDU nümayəndə heyəti bir sıra universitetlərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirib, əməkdaşlığın perspektivlərini müzakirə edib.

Noyabrın 19-da “Hilton Astana” hotelində Strateji Tərəfdaşlar Forumunun əsas plenar iclası davam edəcək. Günün ikinci yarısında BDU nümayəndə heyəti “QS Quacquarelli Symonds” təşkilatının “Önəmli olanın ölçülməsi” mövzusuna həsr etdiyi “QS Eurasia Forum 2026” tədbirində və “QS World University Rankings 2027” reytinqinin təqdimat mərasimində iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri