Icma.az
close
up
RU
“Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsi çərçivəsində növbəti psixoloji təlim keçirilib FOTOLAR

“Qazi və şəhid xanımlarına psixoloji dəstək” layihəsi çərçivəsində növbəti psixoloji təlim keçirilib FOTOLAR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Qazi və şəhid xanımlarına psixoloji dəstək” adlı sosial layihənin icrasını uğurla davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində 16 iyun 2025-ci il tarixində şəhid və qazi xanımlarının iştirakı ilə “Travma və Onun Təsirləri” mövzusunda psixoloji maarifləndirmə və dəstək təlimi keçirilib.

Tədbirin açılışında çıxış edən layihə rəhbəri, “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri Vüsalə Əmiraslanova layihənin əsas məqsədinin şəhid və qazi ailələrinin psixoloji rifahının gücləndirilməsi, onların cəmiyyətə sağlam inteqrasiyasının təmin edilməsi və emosional yüklənmələrin azaldılmasına dəstək göstərilməsi olduğunu vurğulayıb. O, bu istiqamətdə göstərilən psixoloji dəstəyin davamlı və sistemli şəkildə həyata keçirilməsinin vacibliyini qeyd edib.

Təlim psixoloq və təlimçi Fəridə Əliyeva tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılara:
    •    travmanın psixoloji təsir mexanizmləri,
    •    travma sonrası stress pozuntusu (TSSP),
    •    emosional reaksiya formaları və təhlükəsizlik zonaları,
    •    nəfəs və bədənlə tənzimləmə texnikaları

üzrə nəzəri bilgilər və praktiki psixoloji alətlər təqdim olunub. Təlim interaktiv formatda keçib, iştirakçılarla qrup müzakirələri və fərdi paylaşım imkanları yaradılıb. İştirakçılar təlimin həm informativ, həm də emosional baxımdan çox dəyərli olduğunu bildirib, təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri