BDU nun SABAH qruplarının tələbəsi Tacikistanda beynəlxalq elmi tədbirdə təqdimat edib
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Biologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Vüsalə Cəfərli Tacikistanın Düşənbə şəhərində “MDB-yə üzv dövlətlərin Kimyaçılar Məktəbi” layihəsi çərçivəsində təşkil olunmuş beynəlxalq elmi tədbirdə “Nanohissəciklər və canlı sistemlər: faydalar və risklər” mövzusunda təqdimat edib.
Beynəlxalq elmi tədbirdə müasir kimyanın aktual problemləri, kimya təhsili və elmi-tədqiqat fəaliyyətinin inkişaf perspektivləri, ekoloji təhlükəsizlik, suyun kimyəvi təmizlənməsi üsulları, innovativ kimyəvi texnologiyalar və beynəlxalq elmi əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Proqram çərçivəsində alimlərin mühazirələri, iştirakçıların elmi təqdimatları və məruzələri dinlənilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 Yanvar 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















