Türkiyənin Ərciyəz Universitetinin professoru BDU nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 20 noyabr, AZƏRTAC
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları və Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının təşkilatçılığı ilə Ərciyəs Universitetinin professoru, molekulyar biologiya və tibbi genetika üzrə mütəxəssis Yusuf Özkulun “Əsas molekulyar genetik metodlar: növbəti nəsil sıralama texnologiyaları və onların istifadə sahələri (Next Gen Sequencing (NGS)” mövzusunda ustad dərsi keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsinin mövzusu müasir biologiya və tibbi diaqnostikanın ən vacib istiqamətlərindən birinə – genetik materialın analizi və xəstəliklərin molekulyar əsaslarının öyrənilməsinə həsr olunub. Professor Yusuf Özkul təqdimatında NGS texnologiyalarının genom tədqiqatlarında inqilabi dönüş yaratdığını, böyük həcmli DNT və RNT məlumatlarının qısa zamanda yüksək dəqiqliklə analizinə imkan verdiyini vurğulayıb. Bu texnologiyaların xərçəng genetikasında, irsi xəstəliklərin diaqnostikasında, farmakogenetikada, mikrobiom araşdırmalarında və infeksion xəstəliklərin sürətli identifikasiyasında geniş tətbiq olunduğunu bildirib.
Professor, həmçinin klassik molekulyar biologiya metodlarının (PCR, elektroforez, restriksiya analizi, Sanger sekvensləşməsi və real-time PCR) prinsip və üstünlükləri haqqında ətraflı məlumat verib, bu texnikaların genetik mutasiyaların aşkar edilməsində, gen ekspressiyasının ölçülməsində və müxtəlif bioloji nümunələrin analizində oynadığı rolu izah edib.
Tədbir zamanı tələbələrin elmi tədqiqatlara marağının artırılması, laborator mühitdə praktiki bacarıqların inkişaf etdirilməsi və beynəlxalq elmi layihələrdə iştirak imkanları barədə tövsiyələr də səsləndirilib. Ustad dərsi interaktiv şəkildə davam edib, tələbələrin molekulyar genetika sahəsində gələcək karyera istiqamətləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 20 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















