Icma.az
close
up
RU
BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb

BDU tələbələri faydalı qazıntı yataqlarında müasir geofiziki tədqiqat üsullarına dair məlumatlandırılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatında innovativ geofiziki tədqiqat üsullarının rolu və geoloji kəşfiyyat mərhələləri” mövzusunda maarifləndirici təlim keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi tələbələrin geoloji elmlər üzrə nəzəri biliklərinin praktiki tətbiqini gücləndirmək, innovativ tədqiqat metodları və faydalı qazıntı yataqlarının axtarışında müasir geofiziki üsulların əhəmiyyəti barədə biliklərini artırmaq olub.

Təlimdə “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlili sektorunun aparıcı mütəxəssisi Elfaq Məmmədov və İnsan resurslarının idarəolunması şöbəsinin İnsan resursları üzrə biznes tərəfdaşlığı sektorunun mütəxəssisi Əminə Məmmədova geofiziki tədqiqatların faydalı qazıntıların aşkarlanmasında rolu, geoloji kəşfiyyat prosesində tətbiq edilən innovativ texnologiyalar, müasir avadanlıq və proqram təminatları barədə məlumat veriblər. Onlar, həmçinin geofiziki məlumatların təhlilinin vacibliyini, nəticələrin interpretasiyası zamanı nəzərə alınmalı geoloji xüsusiyyətləri və bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasının strateji əhəmiyyətini vurğulayıblar.

Tələbələrə geoloji kəşfiyyat prosesinin əsas mərhələləri – ilkin axtarış, qiymətləndirmə, kəşfiyyat və istismaröncəsi hazırlıq mərhələləri haqqında məlumat təqdim olunub.

Tədbirdə tələbələr geologiya sahəsində karyera imkanları, peşəkar inkişaf istiqamətləri, “AzerGold” QSC-də gənc mütəxəssislər üçün təcrübə və inkişaf proqramları barədə suallar ünvanlayıblar. Qonaqlar tələbələrin suallarını cavablandıraraq öz təcrübələrini, sahədəki real iş şəraitini və uğurlu karyera qurmağın yollarını bölüşüblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri