Icma.az
close
up
RU
BDU və İndoneziyanın Bina Nusantara Universiteti əməkdaşlığa başlayır

BDU və İndoneziyanın Bina Nusantara Universiteti əməkdaşlığa başlayır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Koreya Respublikasının paytaxtı Seulda Bakı Dövlət Universiteti (BDU) və İndoneziyanın Bina Nusantara (BINUS) Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetlər arasında elmi-tədqiqat, tədris, akademik mobillik və mədəni əlaqələrin inkişafını nəzərdə tutan memorandum tərəflər arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, beynəlxalq seminar və konfransların birgə təşkili, həmçinin ikili diplom proqramlarının işlənilməsi istiqamətində əməkdaşlığa xidmət edəcək.

Görüş zamanı BDU-nun rektoru Elçin Babayev Azərbaycan ilə İndoneziya arasında dostluq münasibətlərinin təhsil və elm sahəsində də möhkəmlənməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, BINUS Universiteti ilə qurulan tərəfdaşlıq BDU-nun beynəlmiləlləşmə strategiyasına uyğun olaraq Asiya regionu üzrə əlaqələrin genişləndirilməsinə yeni imkanlar açır.

BINUS Universitetinin rektoru Nelly BDU ilə əməkdaşlığın hər iki universitet üçün faydalı olacağına əminliyini ifadə edib. O, informasiya texnologiyaları, mühəndislik, sosial elmlər, biznes və idarəetmə sahələrində birgə təşəbbüslərin həyata keçirilməsinə maraq göstərdiklərini bildirib.

Tədbirin sonunda anlaşma memorandumu imzalanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri