Icma.az
close
up
RU
BDUda yubiley sessiyası

BDUda yubiley sessiyası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qulu Məhərrəmli – 70

Bakı Dövlət Universitetində multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunan”Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya keçirilib.

Elmi məclisi giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid Qulu Məhərrəmlinin jurnalist fəaliyyətinin Azərbaycan Televiziyasında çoxillik səmərəli yaradıcılıqla əlamətdar olduğunu söyləyib. O qeyd edib ki, televiziya nəzəriyyəçisi və təcrübəli media mütəxəssisi kimi tanınan Qulu Məhərrəmli uzun illərdir ki, praktik və elmi yaradıcılığı ilə yanaşı, bilik və təcrübəsini BDU jurnalistika fakültəsinin tələbələrinə öyrədir.

BDU-nun rektoru Elçin Babayev yubiliyarı təbrik edərək bildirib ki, Qulu Məhərrəmli istedalı telejurnalist, geniş elmi biliyi və zəngin təcrübəsi ilə tanınan pedaqoqdur: “Onun nəzəriyyə ilə təcrübəni uğurla birləşdirməsi jurnalistika təhsilini keyfiyyətcə yüksəltməyə layiqli xidmət göstərir. 1991-ci ildən BDU-da çalışan Qulu Məhərrəmli ali məktəbin dəyərli professorudur. O, BDU-nu Azərbaycan Mətbuat Şurasında təmsil edən 2 əməkdaşımızdan biridir”.

Elçin Babayev uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Qulu Məhərrəmliyə ali məktəbin Fəxri fərmanını təqdim edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov qeyd edib ki, Qulu Məhərrəmli Azərbaycan televiziya məkanının tanınmış simalarından biridir: “O, ünsiyyət mədəniyyəti, media etikası və audiovizual nitq kimi sahələrdə dəyərli araşdırmalar aparıb”.

Sessiyanın davamında Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, kafedra müdirləri Cahangir Məmmədli və Xatirə Hüseynov Qulu Məhərrəmlinin jurnalist yaradıcılığı, televiziya tənqidi və jurnalistika təhsili sahəsində fəaliyyəti mövzularında məruzələr ediblər.

Sonda yubiliyar elmi-pedaqoji və jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkür edib.

Namiq QƏDİMOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri