BDYPİ sürücülərə çağırış etdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi “Təmiz hava” aylığı çərçivəsində sürücülərə çağırış edib.
İdarədən Sherg.az-a verilən xəbərə görə, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə Tədbirlər Planına əsasən, 2026-cı il oktyabrın 1-dən noyabrın 1-dək ölkə ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Aylıq çərçivəsində nəqliyyat vasitələrinin istismarı zamanı atmosferə atılan zərərli maddələrin azaldılması, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri nəqliyyat vasitələrinin texniki sazlığına, xüsusilə mühərrikin və işlənmiş qazları xaric etmə sisteminin vəziyyətinə diqqət yetirməyə çağırır. Atmosferə normadan artıq zərərli tullantı buraxan nəqliyyat vasitələrinin istismarı ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir.
Sürücülərdən avtomobillərinə vaxtlı-vaxtında texniki qulluq göstərmələri, nasazlıqları aradan qaldırmaları və nəqliyyat vasitələrini müəyyən edilmiş ekoloji tələblərə uyğun vəziyyətdə saxlamaları xahiş olunur.
Təmiz hava və sağlam ətraf mühitin qorunması hər birimizin məsuliyyətidir.
Baxış sayı:24
Bu xəbər 30 Sentyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















