Icma.az
close
up
RU
Bədəndəki bu 10 əlamət ürək damar xəstəliklərindən xəbər verə bilər

Bədəndəki bu 10 əlamət ürək damar xəstəliklərindən xəbər verə bilər

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər.

Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər. 

Qulaq məməsində diaqonal xətt - Frank əlaməti

Qulaq məməsini çapraz keçən nəzərəçarpan qırış 1970-ci illərdən etibarən ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Müxtəlif araşdırmalarda bu əlamətin ateroskleroz və koronar arteriya xəstəliyi ilə əlaqəli ola biləcəyi göstərilib. Lakin qırış yaşla da yarana bildiyindən, onun mövcudluğu təkbaşına xəstəlik diaqnozu hesab edilmir.

Göz qapaqlarında sarı ləkələr

Göz ətrafında yaranan sarımtıl yağ yığıntıları yüksək xolesterinin göstəricisi ola bilər. 2026-cı ildə 17 925 nəfərin iştirakı ilə aparılan araşdırmada ksantelazması olan şəxslərdə 10 il ərzində infarkt keçirmə riskinin təxminən iki dəfə yüksək olduğu müəyyən edilib.

Göz bəbəyinin ətrafında ağ-boz halqa

Korneal arkus adlanan bu halqa xüsusilə yaşlı insanlarda geniş yayılıb. Lakin gənc yaşlarda meydana gəldikdə yüksək xolesterinin əlaməti ola bilər.

Axilles vətərinin qalınlaşması

Dabanın arxa hissəsində yerləşən Axilles vətərində xolesterinin toplanması onun qalınlaşmasına və sərtləşməsinə səbəb ola bilər. "Vətər ksantoması" xüsusilə hiperkolesterinemiyanın xarakterik əlamətlərindən biri hesab olunur. Bu cür dəyişikliklər əllərdə, dirsəklərdə və dizlərdə də müşahidə edilə bilər.

Ayaq tüklərinin azalması

Bir və ya hər iki ayaqda tüklərin nəzərəçarpacaq dərəcədə azalması həmin nahiyəyə qan axınının zəifləməsinə işarə edə bilər. Periferik arteriya xəstəliyi olan insanlarda koronar arteriya xəstəliyi, infarkt və insult riski də daha yüksəkdir.

Ayaq dırnaqlarının çox yavaş uzanması

Ayaq damarları daraldıqda toxumalar kifayət qədər qanla təmin olunmaya bilər. Bu isə dırnaqların böyüməsinin yavaşlamasına səbəb ola bilər. Amerika Ürək Assosiasiyası bu əlaməti periferik arteriya xəstəliyinin fiziki göstəricilərindən biri kimi qeyd edir.

Bir ayağın digərindən daha soyuq olması

Xüsusilə bu hal davamlı və yalnız bir ayaqda müşahidə olunursa, diqqət yetirmək lazımdır. Ayaqda solğunluq, göyərmə və ya rəng dəyişikliklərinin olması da ayaq arteriyalarında daralmadan xəbər verə bilər.

Yaralarının gec sağalması

Kiçik bir yaranın həftələrlə sağalmaması həmin nahiyəyə kifayət qədər qan çatmadığını göstərə bilər. Bu isə geniş yayılmış damar sərtliyinin əlamətlərindən biri ola bilər.

Ayaq biləkləri və ayaqlarda şişkinlik

Hər iki ayaqda yaranan və getdikcə artan şişkinlik, xüsusilə nəfəs darlığı ilə müşayiət olunursa, ürək çatışmazlığının əlaməti ola bilər. Ürək qanı kifayət qədər pompalaya bilmədikdə maye toxumalarda toplanır.

Dodaqların və ya barmaq uclarının göyərməsi

Dodaqların və barmaq uclarının mavimsi rəng alması qan dövranı və ya orqanizmin oksigenlə təmin olunmasında problem olduğunu göstərə bilər. Bu hal ağır ürək çatışmazlığında müşahidə oluna bilər. Lakin ağciyər xəstəlikləri də bu cür rəng dəyişikliklərinə səbəb ola bilər.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Sentyabr 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri