Icma.az
close
up
RU
Bədənimiz hələ də köhnə dünyaya aiddir?

Bədənimiz hələ də köhnə dünyaya aiddir?

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir həyat inanılmaz dərəcədə sürətlənib. İşıqlar heç vaxt sönmür, bildirişlər bitmir, hər an əlçatanıq. Daha az hərəkət edirik, amma zehni olaraq demək olar ki, heç dayanmırıq. Sonra da niyə bu qədər yorğun, diqqəti dağınıq və dözümsüz olduğumuzu anlamağa çalışırıq.

Bəlkə də problem sadəcə "gərgin həyat" deyil. Bəlkə bədənimiz heç uyğunlaşmadığı bir dünyada yaşamağa məcburdur. Çünki insan biologiyası texnologiya qədər sürətlə dəyişmir. Beynimiz və sinir sistemimiz hələ də minlərlə il əvvəlki yaşayış şəraitinə görə formalaşıb. Amma bu gün həmin sistem təbiət və ritm əvəzinə ekranlar, süni işıqlar və sürətli mükafat döngüləri ilə qarşı-qarşıyadır.

Milli.Az xəbər verir ki, əvvəllər stress qısamüddətli idi: bir təhlükə gələr, bədən həyəcan siqnalı verər və sonra sistem yenidən sakitləşərdi. Bu gün isə təhlükə fiziki deyil, amma davamlıdır. Mesajlar, tıxac, iqtisadi təzyiqlər, sosial media, yuxusuzluq... Sinir sistemi əksər vaxt dincəlməyə fürsət tapmır.

Elm insanları buna "allostatik yük", yəni bədənin uzun müddət həyəcan vəziyyətində qalmasının bioloji bədəli deyirlər. Bədən təkcə böyük travmalara reaksiya vermir; açıq qalan kiçik stress sekmələri də zamanla sistemi yorur. Son dövrlərdə tibdə "bütöv" (holistik) yanaşmanın daha çox danışılmasının səbəb bədənin problemləri tək-tək deyil, bir-biri ilə bağlantılı şəkildə yaşamasıdır.

Mavi işıq və melatonin ritmi
İnsan bədəni milyonlarla il boyunca günəşin ritminə görə çalışıb: səhər işığı ilə oyanmağa, hava qaraldıqda isə yavaşlamağa proqramlaşdırılıb. Lakin bu gün gecə yarısı belə gündüz kimi aydınlıq mühitlərdəyik.

Xüsusilə ekranlardan gələn mavi işıq beynin gecə ifraz etməli olduğu melatonin hormonunu basdırır. Bu vəziyyət təkcə yuxunun keyfiyyətini deyil, kortizol ritmini, stress reaksiyasını və sinir sisteminin balansını da pozur. Xüsusilə inkişafda olan uşaq və gənclərin sinir sistemləri bu gərginliyə qarşı daha həssasdır.

Hərəkət sadəcə "fit görünmək" deyil
İnsan bədəni gəzmək, daşımaq, dırmaşmaq və ritmik hərəkət etmək üçün təkamül keçirib. Bu gün isə saatlarla otururuq. Halbuki idman zamanı ifraz olunan bəzi molekullar beynin dözümlülüyü, neyroplastikliyi və stressə qarşı müqaviməti ilə birbaşa bağlıdır. Daimi hərəkət artıq sadəcə xarici görünüş üçün deyil, beynin iltihab yükünü və sinir sistemi təzyiqini azaldan bioloji bir siqnal olaraq qəbul edilir.

Rəqəmsal dünyanın dopamin tələsi
Sosial media alqoritmləri insan beyninin qədim mükafat mexanizmlərindən çox yaxşı istifadə edir. Bildirişlər, qısa videolar, sonsuz sürüşdürmə sistemi... Hamısı beynin dopamin əsaslı "axtarış və mükafat" dövrələrini daim aktiv saxlayır.

Problem burasındadır ki, beynimiz bu qədər gərgin və kəsintisiz xəbərdarlıq almaq üçün evrimləşməyib. Buna görə də artıq səssizlik bizə darıxdırıcı gəlir, diqqətimizi toplamaq çətinləşir və heç nə etmədən dayanmaq bizi hüzursuz edir.

Müasir insanın ən böyük ziddiyyəti budur: tarixin ən rahat dövrlərindən birində yaşayırıq, amma sinir sistemimiz tarixin ən ağır yükünü daşıyır. Burada məqsəd müasir həyatı tamamilə günahlandırmaq deyil, texnologiya həyatımıza böyük asanlıqlar da gətirib.

Lakin yaddan çıxarmaq olmaz ki, insan biologiyasının hələ də ritmə, hərəkətə, gün işığına, sosial bağlara, səssizliyə və bərpa olunmağa ehtiyacı var. Çünki bəzən yaşadığımız şey "bacarıqsızlıq" deyil, sadəcə bioloji uyğunsuzluqdur. Bədənimiz bizə uzun zamandır eyni şeyi pıçıldayır: "Mən hələ də köhnə dünyanın ritmi ilə çalışıram."
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri