Bədəninizdəki mikroblar sizi psixopat edə bilərmi?
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Araşdırma materialları bədənin mikrobiomunun şəxsiyyətə əvvəllər düşünüldüyündən daha çox təsir göstərə biləcəyini ortaya qoyub.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, alimlər bağırsaq və ağızdakı müəyyən mikrobların miqdarı ilə psixopatik şəxsiyyət xüsusiyyətləri arasında əlaqə tapıblar. Tədqiqatçılar, bu tədqiqatın mikrobiotanın psixopatik xüsusiyyətlərə töhfə verə biləcəyinə dair ilk dəlil təqdim etdiyini bildiriblər.
Bu xüsusiyyətlərə empatiyanın olmaması, antisosial meyllər, impulsivlik və eqoizm daxildir. Psixopatiyanın bioloji əsasları tam başa düşülməsə də, təkcə beyin strukturundakı dəyişikliklərin kifayət qədər izahat vermədiyi bildirilir.
Biotibbi alim Karolina Kosta və Portuqaliyadakı Porto Universitetindən olan komandası, tədqiqatda iştirak edən 200 sağlam yetkinin qan, tüpürcək və nəcis nümunələrini təhlil ediblər.
Təhlillər üç spesifik bakteriya növünün yüksək səviyyəsi ilə güclü psixopatik xüsusiyyətlər arasında müsbət korrelyasiya aşkar edib.
Bağırsaq mikrobiomunda Allisonella, Prevotella və Cloacibacillus evryensis-in yüksək səviyyələrinin bu meyllərlə əlaqəli olduğu aşkar olunub.
Tədqiqatçılar bu məlumatların birbaşa səbəb-nəticə əlaqəsi olmadığını, yalnız bir korrelyasiya olduğunu vurğulayıblar.
Allisonella-nın iltihabı tetiklemek potensialına malik olduğu, Prevotella-nın isə neyropatik psixiatrik pozğunluqlarla əlaqəli emosional proseslərə təsir etdiyi düşünülür.
Digər tərəfdən, ağız mikrobiomunda Treponema vincentii-nin yüksək səviyyəsi psixopatiyanın daha aşağı göstəriciləri ilə əlaqələndirilib.
Mütəxəssislər tədqiqatı psixopatik xüsusiyyətlərin bioloji izlərini anlamaqda mühüm bir addım kimi qiymətləndiriblər və bu məlumatlar gələcəkdə biomarker kimi istifadə edilə bilər.
Anar
Bu mövzuda digər xəbərlər:Bədəninizdəki bakteriyaları öldürən 9 təbii antibiotik
16 Dekabr 2024 08:47
Bədəninizdəki bu əlamətləri görməzdən gəlmək təhlükəlidir
04 İyun 2026 19:40
Bədəninizdəki qaşınma xərçəng xəbərdarlığı ola bilər DİQQƏT!
19 Aprel 2026 12:54
Bədəninizdəki döymə ilə bütün məlumatlarınız… BİLL QEYTS SMARTFONLARDAKI YENİ TEXNOLOGİYANI AÇIQLADI
15 Yanvar 2025 14:01
Bədəninizdəki qaşınma: Bunun 4 fərqli xərçəng növü əlaməti ola biləcəyi XƏBƏRDARLIĞI
19 Aprel 2026 12:22
Baxış sayı:87
Bu xəbər 11 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















