Icma.az
close
up
RU
Bədnam qonşularımıza narahat olmamağı tövsiyə edirik

Bədnam qonşularımıza narahat olmamağı tövsiyə edirik

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun Xankəndidə keçirilməsinin özü də, bu Forumda Prezident İlham Əliyevin iştirakçıların suallarını cavablandırarkən səsləndirdiyi fikirlər və verdiyi mesajlar da sözün əsl mənasında böyük siyasi hadisəyə çevrildi. Bu Forum Xankəndini dünyanın yeni qlobal media mərkəzlərindən biri kimi tanıtdı. Prezident İlham Əliyevin parlaq cavablarının sayəsində isə forumun özü media müstəvisindən siyasi kürsüyə çevrildi. Məhz bunun nəticəsidir ki, III Şuşa Qlobal Media Forumunda yaşananlar hələ də dünya gündəmini zəbt etməkdədir. Xankəndidən verilən mesajlar müxtəlif platformalarda paylaşılır və qlobal müstəvidə müzakirə edilir.
Eyni zamanda, həm forumun uğurlu nəticələri, həm də Prezident İlham Əliyevin mükəmməl çıxışı bir sıra dairələrin, xüsusən də bədnam qonşularımızın (Rusiya, İran, Ermənistan) dərin marağına və qızğın müzakirələrinə səbəb olub. Rusiyanın propaqandist mediası, şovinist ekspertləri və hərbi blogerləri Azərbaycan Prezidentinin sərnişin təyyarəmizin Rusiya tərəfindən vurulmasından sonrakı dövrdə rəsmi Moskvanın yürütdüyü qeyri-dost davranışlarını kəskin tənqid etməsinə və eyni zamanda, Ukrayna xalqına işğalla heç vaxt barışmamağı tövsiyə etməsinə olduqca aqressiv münasibət sərgiləyirlər. İranın mühafizəkar, mürtəce dini dairələri isə Zəngəzur dəhlizi ilə bağlı gəlişmələri hədəf alaraq Azərbaycan-Ermənistan normallaşmasına mane olmaq üçün canfəşanlıq göstərirlər.
Ermənistanın rusuiyapərəst revanşist dairələrinin və kilsəyə bağlı radikal-millətçi qüvvələrin ABŞ Prezidenti Donald Trampın özünün rəsmi "Truth Social" hesabında Azərbaycan Prezidenti İlham Əliyevin lll Şuşa Qlobal Media Forumundakı çıxışından paylaşım etməsinə qısqanc reaksiya sərgiləməsi isə, ümumiyyətlə, heç bir sağlam məntiq çərçivələrinə sığmır. Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan Trampın sözügedən paylaşımına münasibət bildirərək deyir ki, Azərbaycan liderindən fərqli olaraq nə Ermənistanı, nədəki baş nazir Nikol Paşinyanı yada salan yoxdur, Ermənistan tamamilə diqqətdən kənarda qalıb, təklənib.
Bu cür reaksiyalar onu göstərir ki, ermənilər həmişəki kimi yenə də bütün vacib məsələlərə ənənəvi dar, məhdud çərçivədən yanaşırlar. Ancaq ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi Truth Social hesabında paylaşması isə ilk növbədə Azərbaycanın postmünaqişə dövründə Cənubi Qafqazda yaratdığı yeni reallıqlara düzgün və adekvat reaksiyası kimi qiymətləndirilməlidir. ABŞ Azərbaycanın bölgədəki lider mövqeyini qəbul edir və Tramp administrasiyası müstəqil xarici siyasət yürüdən Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İlham Əliyevin Trampı müharibələri bitirən, bölgədə və dünyada sülh yaradan lider kimi qiymətləndirməsi isə reallığı əks etdirir. Bu, Trampın real siyasətinə verilən real və obyektiv qiymətdir. Bu mənada ABŞ liderinin Azərbaycanın birinci şəxsinin çıxışını öz səhifəsində paylaşması real siyasətin, uğurlu diplomatiyanın təzahürüdür.
Bu hadisə ABŞ-Azərbaycan münasibətlərini daha rasional və pozitiv istiqamətə yönləndirəcək. Bu isə son nəticədə təkcə ikitərəfli münasibətlərin inkişafı üçün deyil, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsiz gələcəyi üçün əlverişli perspektivlər yaradır. Bayden Amerikasının Ermənistanyönümlü siyasəti Cənubi Qafqazda eskalasiyaya xidmət edirdisə, Trampın Azərbaycanmərkəzli siyasəti isə bölgəyə həqiqətən də dayanıqlı sülh və sabitlik gətirə bilər. Odur ki, bədnam qonşularımıza narahat olmamağı tövsiyə edirik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 İyul 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri