BƏƏ də məhkəmə qərarlarını süni intellekt verəcək
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əbu-Dabi Məhkəmə Departamenti dünyada ilk dəfə olaraq hüquqi və məhkəmə qərarlarının qəbuluna dəstək verəcək süni intellekt (Sİ) platformasını inteqrasiya etdiyini bəyan edib.
Lent.az xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.
Bildirilib ki, yeni sistemin fəaliyyətinə birbaşa insan tərəfindən nəzarət olunacaq. Bu texnologiyanın tətbiqi məhkəmə proseslərində həm dəqiqliyi, həm də səmərəliliyi əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Sistem ilkin versiyada sentyabr ayında fəaliyyətə başlayacaq və növbəti 18 ay ərzində mərhələli şəkildə tam istifadəyə veriləcək.
BƏƏ-nin vitse-prezidenti, baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri şeyx Mənsur bin Zayed Əl Nəhyan xüsusi olaraq vurğulayıb ki, belə bir platformanın istifadəyə verilməsi "innovasiyaların daha sürətli və effektiv ədalət mühakiməsinə aparan yol" olduğunu bir daha sübut edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 İyul 2026 06:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















