BƏƏ körfəz ölkələrini kollektiv təhlükəsizliyi gücləndirməyə çağırıb
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Kollektiv təhlükəsizlik sistemi Bəsrə körfəzi ölkələri üçün prioritetə çevrilməlidir”.
Bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş Yəmənin qiyamçı "Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanına hücumlarına cavab olaraq deyib.
"Körfəz ölkələri arasında təhlükəsizlik və müdafiə sahələrində birgə fəaliyyətlərin və kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsinə təcili ehtiyac var. Məhz bu sahədə ciddi fəaliyyət çatışmazlığı müşahidə olunur, bu da başqalarını bizə müdaxilə etməyə təşviq edir”, - o bildirib.
Qarqaşın sözlərinə görə, husilər tərəfindən Səudiyyə Ərəbistanına edilən hücumlar BƏƏ və bütün körfəz ölkələrinin təhlükəsizliyini sarsıdır:
"Bəsrə körfəzi dövlətlərinə qarşı təcavüz başlayan andan etibarən bəlli oldu ki, hamımız hədəfik və təhlükəsizliyimiz bölünməzdir. Səudiyyə Ərəbistanı Krallığına qarşı zərbələr BƏƏ-nin və bütün körfəz dövlətlərinin təhlükəsizliyini sarsıdır”.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 12 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















