Icma.az
close
up
RU
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb FOTOLAR

Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb FOTOLAR

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

MDB ölkələri təhlükəsizlik və müasir çağırışlar və təhdidlərlə mübarizə sahəsində əməkdaşlığı genişləndirməlidir. SİA xəbər verir ki, bu məsələ Tacikistan Prezidenti Emoməli Rəhmonun MDB ölkələrinin hökumət başçıları ilə görüşündə müzakirə olunan mövzulardan biri olub.

Görüşdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.

Tacikistan Prezidentinin saytında dərc olunmuş məlumata görə, o, Düşənbənin davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə MDB çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb.

E.Rəhmon həmçinin iqtisadiyyat, ticarət, sənaye, energetika, aqrar-sənaye kompleksi, innovasiyalar və rəqəmsallaşma kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Bu baxımdan ticari-iqtisadi əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin bütün regionun inkişafında mühüm rol oynadığı vurğulanıb.

Bundan başqa, görüş iştirakçıları ətraf mühitin mühafizəsi məsələlərində ölkələr arasında əməkdaşlığın gücləndirilməsinin, qlobal problemlərin həllində bir-birinin təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Tacikistan Prezidenti həmçinin 2030-cu ilədək MDB-nin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin fəal şəkildə icrasına çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see221

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see196

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see186

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see182

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see166

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see161

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see146

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see141

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see139

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see138

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see137

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see132

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri