Rəsmi Bakı BƏƏ nin Suriyadakı səfirliyinə hücumu qınadı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyi BƏƏ-nin Suriyadakı səfirliyinə edilən hücumu pisləyib.
Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında qeyd olunub.
“Biz Suriya Ərəb Respublikasının Dəməşq şəhərində bir qrup etirazçılar tərəfindən BƏƏ səfirliyinə edilən son hücumu şiddətlə qınayırıq. Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyena Konvensiyasının aydın şəkildə pozulmasıdır. Biz Suriya hökuməti tərəfindən verilən bəyanatı və hökumətin bu məsələyə görə məsuliyyət daşıyanların qanun qarşısında cavab vermələri üçün bütün tədbirlərin görülməsi ilə bağlı əzmini alqışlayırıq”, - paylaşımda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















