Icma.az
close
up
RU
BƏƏ nin sülh nümunəsi ŞƏRH

BƏƏ nin sülh nümunəsi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirildi. Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülməyi böyük şərəf kimi dəyərləndirib. Dövlət başçısı bildirib ki, bu mükafat yalnız fərdi bir qiymətləndirmə deyil, eyni zamanda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinin göstəricisidir. Ölkə başçımız qeyd edib ki, iki ölkəni birləşdirən əlaqələr ortaq tarixi dəyərlərə, mədəni yaxınlığa və qarşılıqlı hörmətə əsaslanır. Onun sözlərinə görə, Şeyx Zayedin irsi xalqlar arasında insan qardaşlığının, sülhün və humanitar əməkdaşlığın təşviqinə mühüm töhfə verib və bu dəyərlər bu gün də Azərbaycan–BƏƏ münasibətlərinin əsasını təşkil edir. Dövlət başçısı vurğulayıb ki, bu münasibətlərin gələcəkdə də qarşılıqlı etimad və tərəfdaşlıq ruhunda inkişaf edəcəyinə əminlik var.

Əhəmiyyətli tarix olan “Birlik Andı Günü”, ölkəsinə, xalqına sədaqəti yenidən təsdiqləmək və ölkənin davamlı inkişafını qeyd edilməsi istiqamətində Prezident Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan tərəfindən milli bir hadisə olaraq dəyərləndirilir. Bu günün məqsədi milli kimliyi gücləndirmək, həmçinin mürəkkəb regional bir şəraitdə formalaşmış BƏƏ-nin dövlət quruculuğunu və birliyini ifadə etməkdir. Mərhum qurucu lider Şeyx Zayed bin Sultan Al Nahyan ərəb dünyasında ilk federal dövlət olan Birləşmiş Ərəb Əmirliklərinin qurucusu kimi ölkədə genişmiqyaslı inkişaf və modernləşmə prosesinə başlamışdır. Rəhbərliyi dövründə bölgədə misilsiz inkişaf təşəbbüslərinin əsasını qoymuşdur. Şeyx Zayed bin Sultan Al Nahyanın müəyyən etdiyi inkişaf strategiyası bu gün də Birləşmiş Ərəb Əmirliklərinin dövlət siyasətinin əsasını təşkil edir. Onun möhkəm təməl üzərində formalaşan xətti nəticəsində BƏƏ iqtisadiyyat, humanitar sahə, infrastruktur, bərpa olunan enerji və kosmos tədqiqatları istiqamətlərində mühüm nailiyyətlər əldə edib. 2022-ci ildən etibarən Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəhbərliyi altında ölkə bu dinamikanı davam etdirərək regional və qlobal rəqabətlilik göstəricilərində yüksək mövqelərini qoruyub saxlayır.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin qurucusu mərhum Şeyx Zayed bin Sultan Al Nahyanın şərəfinə adlandırılıb. Dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə verilir. 2026-cı ildə cənab Prezident İlham Əliyevin bu mükafata təltif olunması dövlətimizin qlobal miqyasda sülh quruculuğu prosesindəki artan roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətin, eyni zamanda Azərbaycan ilə BƏƏ arasında dostluq və etimada əsaslanan münasibətlərin möhkəmliyinin göstəricisir. Bu təltif iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın təzahürüdür. “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir”. Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışı zamanı deyib.

Sülh nümunəsinin beynəlxalq əhəmiyyətinə toxunan cənab Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan və Ermənistanın sülhə doğru atdığı addımlar başqa bölgələrdə sülh və əməkdaşlıq qurmaq istəyən dövlətlər üçün də nümunə ola bilər. Bu yanaşma mükafatın yalnız simvolik deyil, eyni zamanda real diplomatik və humanitar təsirə malik olduğunu göstərir. Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini uğurla davam etdirir. Bu gün öz qədim köklərinə bağlı olan Birləşmiş Ərəb Əmirlikləri, sülh və birlik şəraitində yaşayan bir cəmiyyətin necə qurulması baxımından bir çox ölkələr üçün nümunədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, Şeyx Zayedin ideyaları bu gün də aktuallığını qoruyur və Azərbaycan-BƏƏ əməkdaşlığında etimad və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Şeyx Zayed bin Sultan Al Nahyanın siyasəti insan və cəmiyyət mərkəzli yanaşma üzərində qurulub. Onun əsas prinsipləri daxili inkişafın sosial rifahla uzlaşdırılması, milli dəyərlərin qorunması, tolerantlığın təşviqi və humanitar təşəbbüslərə xüsusi önəm verilməsi olub. Xarici siyasətdə isə qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram, regionda sülhün möhkəmləndirilməsi prioritet təşkil edib. Uzaqgörən və insanyönümlü prinsiplər bu gün də Birləşmiş Ərəb Əmirliklərinin dövlət siyasətinin, eləcə də Azərbaycanla münasibətlərinin əsasını təşkil edir.

Məhsəti Məmmədova

YAP Yasamal rayon “H.B.Zərdabi pr.59” (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri