BƏƏ rəsmisi: Ölkəni qorumağa davam edirik
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) hazırkı hərbi gərginlik fonunda daxili təhlükəsizliyin təmini və hava məkanının qorunması üçün bütün zəruri tədbirləri görür.
Bunu BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş CNN telekanalına müsahibəsində bölgədəki son hərbi eskalasiyanı şərh edərkən deyib.
O bildirib ki, hazırda ölkənin iki əsas prioriteti var, danışıqlar masasına qayıtmaq və BƏƏ-ni qorumaq:
"Biz fövqəladə planlarımızla birlikdə yaxşı vəziyyətdəyik. Hava hücumundan müdafiə sistemlərimiz böyük iş görüb. Biz BƏƏ-ni və burada yaşayan hər kəsi qorumağa davam edəcəyik. Bu bizim üçün bu gün ən mühüm prioritetdir".
Diplomat həmçinin vurğulayıb ki, ABŞ Prezidentinin İran xalqına rejim dəyişikliyi ilə bağlı müraciəti fonunda BƏƏ-nin mövqeyi aydındır:
"İranın gələcək istiqaməti və taleyi iranlıların öz qərarıdır. Bizim vəzifəmiz regionun sabitliyini təmin etmək üçün tərəfdaşlarımızla işləməkdir".
Baxış sayı:121
Bu xəbər 02 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















