BƏƏ Suriyanın Ceramana şəhərində törədilən terror aktını pisləyib
Icma.az, 525.az saytına istinadən bildirir.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən Ceramana şəhərində sərnişin avtobusunun partladılması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması ilə nəticələnən terror aktını ən sərt şəkildə pisləyib.
525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatda deyilir.
Bəyanatda BƏƏ-nin terror aktlarını qətiyyətlə pislədiyi, təhlükəsizlik və sabitliyi sarsıtmağa yönəlmiş hər cür zorakılıq və terrorizmi qəti şəkildə rədd etdiyi bir daha vurğulanıb.
BƏƏ XİN bu mənfur hücumla əlaqədar həlak olanların ailələrinə, həmçinin Suriya Ərəb Respublikasına və onun xalqına dərin hüznlə başsağlığı verib, həmrəylik ifadə edib, yaralananların isə tezliklə sağalmasını arzulayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 08 Avqust 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















