BƏƏ və İran arasında ilk təmas: Yüksək səviyyəli telefon danışığı baş tutdu
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş nazirin müavini Şeyx Mənsur bin Zayed Əl Nəhyan İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə telefon danışığı aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə WAM agentliyi məlumat yayıb.
Məlumata görə, tərəflər telefon danışığı zamanı regiondakı son vəziyyəti və gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Açıqlamada qeyd olunur: “Vitse-prezident, Baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri Şeyx Mənsur bin Zayed Əl Nəhyan və İran İslam Respublikası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında telefon danışığı baş tutub və tərəflər regional inkişafları və bölgədəki gərginliyin azaldılması yollarını müzakirə ediblər”.
Qeyd edək ki, bu, fevralın sonlarında müharibə başlayandan bəri iki ölkə arasında ilk yüksək səviyyəli təmasdır. Münaqişədən sonra BƏƏ Tehrandakı səfirliyini bağlayaraq diplomatik heyətini geri çağırmışdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 Aprel 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















