Bəhlul Qurban Qurbanovla münasibətləri korlandığı üçün Qarabağ dan ayrılır? atası hər şeyi açıqladı
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən "Qarabağ" Misli premyer-liqasının 32-ci turu çərçivəsində səfərdə keçirdiyi matçda "Sabah"la heç-heçə etməklə (1:1) çempion oldu.
Bilindiyi kimi, oyundan sonra Ağdam təmsilçisinin futbolçularının və azarkeşlərinin gözlənilən şəkildə sevinməməsi diqqətdən yayınmadı. Amma sonradan daha qəribə hadisə yaşandı. Belə ki, paltardəyişmə otağına yollanan baş məşqçi Qurban Qurbanov hamıyla əl sıxıb təbriklərini çatdırsa da, Bəhlula soyuq münasibət göstərdi. Hətta futbolçu bu üzdən əlindəki əşyanı qəzəbli formada yerə atdı. Təbii ki, belədə müdafiəçiylə mütəxəssis arasında hansısa anlaşmazlığın olub-olmaması haqda suallar ortaya çıxdı.
Bu məsələ ilə bağlı fikirlərini öyrənmək üçün Bəhlulun atası Ələmdar Mustafayevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a açıqlaması:
"Bildiyimə görə, hansısa problem yoxdu. Bəhluldan soruşdum, dedi ki, böyüdüləcək nəsə yoxdu. Hər şey qaydasındadı. Bayaq hazırlaşıb məşqə yollandı. Baş məşqçiylə münasibətlərinin korlanması və "Qarabağ"dan ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Hələ klubla müqaviləsi var ki, müddəti 2027-ci ilin yayında başa çatacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Aprel 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















