Bəhreyn İranla görüşlərdən imtina etdi Şərtini açıqladı
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunana qədər bu ölkə ilə keçiriləcək kollektiv görüşlərdə iştirak etməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bəhreyn Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı nazirlər görüşünə də qatılmayacaq. Ölkə İranla diplomatik əlaqələr bərpa edilənədək Tehranın iştirak etdiyi hər hansı kollektiv toplantıda yer almayacaq.
Nazirlikdən qeyd olunub ki, Bəhreyn bu mövqeyini daha əvvəl diplomatik kanallar vasitəsilə Oman tərəfinə rəsmi şəkildə çatdırıb.
Bununla belə, XİN qərarın Oman hökumətinin səylərinə verilən qiymətə təsir etmədiyini vurğulayıb. Nazirlik Omanı fikir ayrılıqlarının həlli üçün dialoqa sadiqliyinə görə təqdir edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Sentyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















