Belarusdan Litvaya gedən gizli yeraltı tunel tapılıb
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Litva Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşları Belarus tərəfindən dövlət sərhədinin altından qazılmış yeraltı tunel aşkar ediblər.
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidməti məlumat yayıb.
"Sərhədçilər tuneli Varena rayonu ərazisində aşkarlayıblar. Qazıntı sərhədin altından keçsə də, Litva tərəfində hələ ki çıxışı yox idi" , -məlumatda bildirilib.
Zəruri prosedurlar həyata keçirildikdən sonra yeraltı keçid torpaqla doldurularaq ləğv edilib.
Litva rəsmilərinin bildirdiyinə görə, bu tunel Belarus ərazisindən Litvaya keçməyə cəhd edən Asiya və Afrika mənşəli qanunsuz miqrantların daşınması üçün nəzərdə tutulubmuş.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 29 İyul 2026 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















