Belarusdan Litvaya etiraz: Müvəqqəti işlər vəkili nazirliyə çağırıldı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Belarus Xarici İşlər Nazirliyi Litvanın müvəqqəti işlər vəkili Erikas Vilkanetsası nazirliyə çağıraraq ona etiraz edib.
Globalinfo.az xəbər verir ki, buna səbəb 2025-ci il noyabrın 30-da Litva ərazisindən buraxılan PUA-nın Belarus sərhədini pozması olub.
Nazirliyin açıqlamasında qeyd olunur:
“PUA Belarusun hava məkanına Litvanın Lazdiy rayonundan qanunsuz daxil olub və Qrodno şəhəri ərazisində yerə düşüb”.
Aparılan ekspertiza nəticəsində yəqinləşib ki, Qərbi Avropa istehsalı olan PUA Belarus üzərindən Polşaya uçmalı və sonra Litvadakı buraxılış nöqtəsinə qayıtmalı imiş.
Minsk bu hadisəni yalnız Belarusun deyil, həm də Polşanın əleyhinə yönələn qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.
Əliyar Xəlil
Baxış sayı:104
Bu xəbər 01 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















