Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belarus Respublikasının bir qrup nümayəndə heyəti Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) olub. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində Gəncəyə ermənilər tərəfindən endirilən raket zərbələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Memorial Kompleksdə şəhidlərin ruhunu anıblar, gül dəstələri qoyublar.

Sonra Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Avtomobil Zavodu İB-nın balansında olan 240 yerlik körpələr evi - uşaq bağçasında da olublar. Qonaqların diqqətinə çatdırılıb ki, 1989-cu ildə inşa edilən və 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana, müasir istilik sistemi ilə təmin olunub. Həmçinin qeyd olunub ki, bağçanın idman zalı, müasir üzgüçülük hovuzu var. Burada qruplar üçün yataq və soyunub-geyinmə otaqları, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Körpələr evi-uşaq bağçasında əsasən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi işçilərinin övladları ödənişsiz tərbiyə alırlar.

Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda olublar. Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev qonaqları müəssisənin yığım xətləri və istehsal sahələri ilə tanış edib. Diqqətə çatdırılıb ki, 2006-ci ildə Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı imzalanan ikitərəfli əməkdaşlıq müqavilələrindən sonra Gəncə Avtomobil Zavodu Minsk Traktor Zavodu və Minsk avtomobil zavodları, eləcə də digər Belarus müəssisələri davamlı əməkdaşlıq edir.

Müəssisəyə baxış zamanı qonaqlar Belarus və Azərbaycan əməkdaşlığının birgə məhsulu olan kommunal maşınların istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bu avtomobillərin çən hissəsi 100 faiz yerli istehsaldır.

İkitərəfli görüş zamanı Belarus-Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən sayılan Gəncə Avtomobil Zavodu ilə MTZ və MAZ, eləcə də digər müəssisələrlə bundan sonra da davamlı əməkdaşlığın sahələri müzakirə olunub. Qeyd edilib ki, 20 ilə yaxın birgə əməkdaşlıq müddətində 16 minə yaxın kənd təsərrüfatı texnikası, 5000 dən çox avtomobil və digər texnikalar Gəncədə tədarük olunub.

Öz növbəsində Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Gəncə Avtomobil Zavodunda yaradılan istehsal şəraitindən və görülən işlərdən məmnunluğunu vurğulayaraq bu müəssisənin Belarus-Azərbaycan iqtisadi əməkdaşlığında mühüm rol oynadığını qeyd edib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın gələcək aspektləri də müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri