Belçika birdəfəlik elektron siqaretləri qadağan etməyə hazırlaşır
Belçika insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərdiyi üçün yanvarın 1-dən etibarən birdəfəlik elektron siqaretlərin satışını qadağan edəcək.
Səhiyyə naziri Frank Vandenbrouk jurnalistlərə bildirib ki, ucuz elektron siqaretlər “sağlamlıq təhlükəsi”nə çevrilib, çünki onlar gəncləri siqaret çəkməyə təşviq etmək və onları nikotinə aludə etmək üçün asan bir yoldur.
Birdəfəlik siqaretlərin tərkibindəki plastik və akkumulyatorların da ətraf mühitə zərər verdiyinə diqqət çəkən Vandenbrouk onların təhlükəli tullantı kimyəvi maddələr yaratdığını qeyd edib.
"Elektron siqaretlərin tərkibində çox vaxt nikotin olur ki, bu da nikotin asılılığına səbəb olur. Nikotin sağlamlığınız üçün zərərlidir, bunlar faktlardır", - Vandenbrouk deyib.
Belçika yanvarın 1-də “vape” kimi tanınan birdəfəlik elektron siqaretlərin satışını qadağan etdikdən sonra Avropa İttifaqı (Aİ) ölkələri arasında bu addımı atan ilk ölkə olacaq.
Mövsüm
Aznews.az
Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91