Icma.az
close
up
RU
Belçika deputatlarının erməni diasporunun dezinformasiyaları əsasında çıxışı beynəlxalq hüquqa təhqirdir ŞƏRH AZƏRTAC

Belçika deputatlarının erməni diasporunun dezinformasiyaları əsasında çıxışı beynəlxalq hüquqa təhqirdir ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 noyabr, AZƏRTAC

Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökuməti nümayəndə heyətinə müxtəlif absurd tələbləri ehtiva edən bəyanatla müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycanda saxlanılan guya hərbi əsir olan ermənilərin Bakıda keçirilən COP29 münasibətilə azad edilməsinə çağırış olunub. Unudan və ya özünü bilməməzliyə vuran bəzi Qərb dairələrinə bir daha xatırladırıq ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməniəsilli hərbiçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib. İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O vurğulayıb ki, 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işgəncələr verərək, yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirilməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz: “Belçika parlament üzvlərinin məsələnin mahiyyətinə varmadan, erməni diasporunun dezinformasiyaları əsasında çıxış etməsi beynəlxalq hüquqa təhqirdir.

Sözügedən parlamentarilərin digər tələbi isə Qarabağda erməni mədəni irsinin qorunması ilə bağlıdır. Azərbaycan öz ərazisində olan bütün tarixi və mədəni abidələrə hansı xalqa mənsubiyyətindən asılı olmayaraq xüsusi diqqətlə yanaşmaqla yanaşı, onların qorunması və bərpası, mədəni irs nümunəsi kimi inventarizasiyası üzrə əsaslı işlər görür. Azərbaycan tolerant, multikultural, bütün dinlərin qovuşduğu, etnik xalqların əmin-amanlıqla, bərabərhüquqlu əsaslarla yaşadığı ölkədir. Bu faktlar hətta Roma Papası tərəfindən dəfələrlə xüsusi vurğulanıb.

Ermənistandan tarixdə 4 dəfə deportasiya edilən azərbaycanlıların isə Ermənistanda mövcud mədəni irsi sonuncu 1987-1991-ci il deportasiyasından sonra tamamilə dağıdılıb, həmçinin məzarlıqlara qarşı vandalizm aktlarına dair əsaslı faktlar mövcuddur. Bu xüsusda, 30 il müddətində Qarabağda viran qoyulan Azərbaycan mədəni irsinin bərpası üzrə lazım olan məbləğ milyardlarla ölçülür. Ermənistan buna görə təzminat ödəməlidir. Sözügedən parlamentarilərin Qarabağda Azərbaycan mədəni irsinin dağıdılması faktına biganə qalması isə onların Azərbaycana qarşı siyasi ikiüzlülüyündən xəbər verir”.

Belçikalı parlamentarilərin müraciətində qeyd olunan Ermənistana qarşı hərbi təcavüz iddiasına toxunan deputat deyib: “Bu iddia Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid deməkdir və qəbuledilməzdir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyatlar apararaq, Ermənistanın 30 illik işğalına son qoyub. Hazırda isə Azərbaycan Ermənistanla sülhə təşəbbüs edən və sülh danışıqlarını başladan, sülh müqaviləsinin mətnini tərtib edən tərəfdir. Bu xüsusda, Belçika Parlament üzvlərinin hərbi təcavüz iddiası regiondakı sabitliyi pozmaq cəhdidir.

Bəyanatı imzalayan siyasi partiyalar özünün ermənipərəst ideologiyaları ilə bilinən, Ermənistanı müharibəyə sövq etməyə çalışan erməni diasporunun maliyyəsi ilə danışdırdığı “muzdlu əsgərləridir”.

COP29-a ev sahibliyi edən və iqlim maliyyəsi üzrə yeni hədəfə nail olunan ölkə kimi tarixə düşən Azərbaycanın bu uğurunu həzm edə bilməyən Qərb dövlətləri parlamentlərinə ötürdükləri tezislər əsasında absurd bəyanatlar qəbul etməklə heç nə əldə etməyəcəklər. Əksinə onlar bu konfransı, yəni, BMT tədbirini qaralamaqla, uğurlara kölgə salmaqla, öz zəif iştirakçılıqları ilə məsuliyyətlərindən yayınırlar.

Həmçinin müraciətdə Belçikanın COP29 nümayəndə heyətinə 2021 və 2024-cü illərdə Belçika parlamentində qəbul edilən Qarabağla bağlı qətnamələrin tələbləri nəzərə alınaraq konfransda iştirak etməmələri tövsiyə olunub. Konfransla və iqlim dəyişmələri ilə heç bir əlaqəsi olmayan siyasi məsələnin nümayəndə heyətinə tövsiyə edilməsi və onların bu tələbi necə istifadə və icra edəcəyini anlamaq elə də çətin deyil. Bu, özünü Azərbaycanın dünyanın gələcəyi naminə çağırış etdiyi öhdəlik və bəyannamələrə Belçika tərəfindən qoşulmamaqla biruzə verəcəkdi. Lakin öz siyasi maraqlarından çıxış edən Belçika parlamenti bir məsələni unudur ki, COP29-da qəbul edilən qərarlar sabah üçündür və qlobal dünyaya, o cümlədən Belçika xalqına aiddir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri