Icma.az
close
up
RU
Belçika federal və regional parlamentlərinin bəzi üzvlərinin COP29 ilə bağlı bəyanatına cavab AzPolitika onlayn siyasiictimai qəzet

Belçika federal və regional parlamentlərinin bəzi üzvlərinin COP29 ilə bağlı bəyanatına cavab AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Belçika federal və regional parlamentinin bəzi üzvlərinin COP-29 tədbiri çərçivəsində səsləndirdiyi bəyanatla bağlı fikirlərimi bildirmək istəyirəm.

Azərbaycan həmişə həqiqətlərin və beynəlxalq hüququn tələblərinin tərəfdarı olmuşdur. Lakin bu bəyanatda irəli sürülən ittihamlar əsassız, hüquqi və siyasi baxımdan qeyri-ciddi olmaqla yanaşı, regionda sülh və əməkdaşlıq səylərinə kölgə salır.

Azərbaycan, İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq humanitar hüququn bütün tələblərinə əməl edərək, müharibə zamanı saxlanılan bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarmışdır. Hazırda saxlanılan şəxslər Azərbaycanın suveren ərazilərində törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslərdir. Bu şəxslərin məsələsi beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll olunur. Lakin bəyanatda irəli sürülən "şərtsiz azadlıq" tələbi açıq şəkildə hüquqi proseslərə hörmətsizlikdir və hüquq-məhkəmə sisteminin siyasiləşdirilməsinə cəhddir. Belə yanaşma nə beynəlxalq hüquq prinsiplərinə, nə də ədalət anlayışına uyğundur.

Eyni zamanda vurğulamaq lazımdır ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etməməklə ciddi humanitar böhran yaratmışdır. Bu davranış nəticəsində yüzlərlə azərbaycanlı mülki şəxs həyatını itirmiş, minlərlə insan təhlükə ilə üzləşmişdir. Belçikalı həmkarlarımızdan bu məsələyə düzgün yanaşma gözləyirik.

Mədəni irslə bağlı ittihamlara cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycanın mədəni irsin qorunması və multikultularizm siyasəti beynəlxalq səviyyədə rəğbət görür. Lakin Ermənistanın işğal dövründə törətdiyi vandalizm aktları – məscidlərin dağıdılması, qədim qəbirstanlıqların məhv edilməsi və mədəniyyət abidələrinin təhqir edilməsi – bu sahədə ən böyük təhdid olaraq qalır. Qarabağda törədilən bu vəhşiliklər sənədləşdirilmiş və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Ermənistanın “albanlaşdırma” ilə bağlı səsləndirdiyi iddialar isə tarixi reallıqlardan uzaqdır. Qarabağdakı alban-udi mədəni irsi Azərbaycan xalqının zəngin mədəniyyətinin ayrılmaz hissəsidir və bu irsin qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Əksinə bu hissədə diqqətinizi daha vacib bir məsələyə çatdırmaq istəyirəm. 20-ci əsrin əvvəllərindən başlayaraq, Ermənistan sistematik şəkildə qərbi azərbaycanlıları öz tarixi torpaqlarından qovmuş, onları etnik təmizləməyə məruz qoymuşdur. Bir milyondan çox azərbaycanlı evindən zorla qovulmuş, evlərimiz, torpaqlarımız və mədəni irsimiz məhv edilmişdir. Ermənistan bizim doğma torpaqlarımıza qayıtmaq hüququnu tanımaqdan imtina edir. Məscidlərimiz, tarixi abidələrimiz, qəbirstanlıqlarımız məqsədyönlü şəkildə dağıdılmışdır.

Əgər insan hüquqları həqiqətən universal dəyərdirsə, niyə bu gün biz qərbi azərbaycanlıların hüquqları müdafiə olunmur? Mən Belçikalı həmkarlarımızı bu tarixi və humanitar ədalətsizliyə diqqət yetirməyə çağırıram.

“İşğal” iddiaları ilə bağlı bildirmək istəyirəm ki, bəyanatda "Azərbaycanın Ermənistan ərazilərini işğal etməsi" ifadəsinin işlədilməsi isə tamamilə əsassızdır və hüquqi baxımdan yanlışdır. Azərbaycan yalnız öz suveren hüquqlarını bərpa etmişdir. Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüququn təməl prinsiplərinə tam uyğundur. Əksinə Ermənistan tərəfi sərhəd delimitasiyası prosesinə qatılmaqdan boyun qaçırır, sülh prosesində müxtəlif təxribatlar törədir və yeni geosiyasi himayədarlar axtarmaqla və Fransa başda olmaqla bəzi dövlətlərin diqtəsi ilə hərəkət etməklə regionda vəziyyəti daha da gərginləşdirir.

COP-29-la bağlı ittihamlarla bağlı bildirmək istəyirəm ki, Azərbaycan, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a uğurla ev sahibliyi edərək iqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Bakı COP, 80 dövlət və hökumət başçısının iştirakı ilə tarixi nailiyyətlərə imza atdı: İtki və Zərər Fonduyaradıldı, karbon bazarı ilə bağlı 6-cı maddə razılaşdırıldı və inkişaf etməkdə olan ölkələr üçün 300 milyard ABŞ dollarıməbləğində maliyyə dəstəyi nəzərdə tutan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) qəbul olundu.

Azərbaycan, genişmiqyaslı böhtan kampaniyalarına baxmayaraq, "Yaşıl dünya naminə həmrəylik" şüarı altında qərəzsiz vasitəçi kimi çıxış edərək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq üçün mühüm körpü rolunu oynadı. Bu tədbir, Azərbaycanın qlobal həmrəylik və çoxtərəfliliyə olan töhfəsinin təntənəsi idi və gələcək iqlim fəaliyyətlərinə müsbət təsir göstərəcək irsi ilə yadda qalacaq. Bəyanata imza atan parlamentarilərdən bu nailiyyətlərə hörmətlər yanaşmağa dəvət etdirəm.

Yekunda qeyd etmək istəyirəm ki, Azərbaycan və Belçika arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Lakin bəzi Belçika parlament üzvlərinin birtərəfli və əsassız yanaşması bu münasibətlərə xələl gətirə bilər. Azərbaycan regionda sülhün və inkişafın tərəfdarıdır və bu yolda beynəlxalq hüququn tələblərinə əməl etməyə davam edəcəkdir.

Belçika parlament üzvlərindən obyektiv yanaşma gözləyirik. Ədalət bir tərəfə deyil, bütün xalqlara eyni şəkildə xidmət etməlidir. Biz həm qərbi azərbaycanlıların hüquqlarının bərpasını, həm də Azərbaycanın tarixi və mədəni irsinə hörmət edilməsini tələb edirik. İnsan hüquqları seçici yanaşma ilə müdafiə oluna bilməz.

Kamal Cəfərov

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see366

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see257

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see217

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see173

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see142

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri