Icma.az
close
up
RU
Belçika federal və regional parlamentlərinin bəzi üzvlərinin COP29 ilə Bağlı Bəyanatına Cavab

Belçika federal və regional parlamentlərinin bəzi üzvlərinin COP29 ilə Bağlı Bəyanatına Cavab

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Belçika federal və regional parlamentinin bəzi üzvlərinin COP-29 tədbiri çərçivəsində səsləndirdiyi bəyanatla bağlı fikirlərimi bildirmək istəyirəm.

Azərbaycan həmişə həqiqətlərin və beynəlxalq hüququn tələblərinin tərəfdarı olmuşdur. Lakin bu bəyanatda irəli sürülən ittihamlar əsassız, hüquqi və siyasi baxımdan qeyri-ciddi olmaqla yanaşı, regionda sülh və əməkdaşlıq səylərinə kölgə salır.  
Azərbaycan, İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq humanitar hüququn bütün tələblərinə əməl edərək, müharibə zamanı saxlanılan bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarmışdır. Hazırda saxlanılan şəxslər Azərbaycanın suveren ərazilərində törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslərdir. Bu şəxslərin məsələsi beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll olunur. Lakin bəyanatda irəli sürülən "şərtsiz azadlıq" tələbi açıq şəkildə hüquqi proseslərə hörmətsizlikdir və hüquq-məhkəmə sisteminin siyasiləşdirilməsinə cəhddir. Belə yanaşma nə beynəlxalq hüquq prinsiplərinə, nə də ədalət anlayışına uyğundur.  
Eyni zamanda vurğulamaq lazımdır ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etməməklə ciddi humanitar böhran yaratmışdır. Bu davranış nəticəsində yüzlərlə azərbaycanlı mülki şəxs həyatını itirmiş, minlərlə insan təhlükə ilə üzləşmişdir. Belçikalı həmkarlarımızdan bu məsələyə düzgün yanaşma gözləyirik.  
Mədəni irslə bağlı ittihamlara cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycanın mədəni irsin qorunması və multikultularizm siyasəti beynəlxalq səviyyədə rəğbət görür. Lakin Ermənistanın işğal dövründə törətdiyi vandalizm aktları – məscidlərin dağıdılması, qədim qəbirstanlıqların məhv edilməsi və mədəniyyət abidələrinin təhqir edilməsi – bu sahədə ən böyük təhdid olaraq qalır. Qarabağda törədilən bu vəhşiliklər sənədləşdirilmiş və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.  Ermənistanın “albanlaşdırma” ilə bağlı səsləndirdiyi iddialar isə tarixi reallıqlardan uzaqdır. Qarabağdakı alban-udi mədəni irsi Azərbaycan xalqının zəngin mədəniyyətinin ayrılmaz hissəsidir və bu irsin qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.  
Əksinə bu hissədə diqqətinizi daha vacib bir məsələyə çatdırmaq istəyirəm. 20-ci əsrin əvvəllərindən başlayaraq, Ermənistan sistematik şəkildə qərbi azərbaycanlıları öz tarixi torpaqlarından qovmuş, onları etnik təmizləməyə məruz qoymuşdur. Bir milyondan çox azərbaycanlı evindən zorla qovulmuş, evlərimiz, torpaqlarımız və mədəni irsimiz məhv edilmişdir. Ermənistan bizim doğma torpaqlarımıza qayıtmaq hüququnu tanımaqdan imtina edir. Məscidlərimiz, tarixi abidələrimiz, qəbirstanlıqlarımız məqsədyönlü şəkildə dağıdılmışdır.  
Əgər insan hüquqları həqiqətən universal dəyərdirsə, niyə bu gün biz qərbi azərbaycanlıların hüquqları müdafiə olunmur? Mən Belçikalı həmkarlarımızı bu tarixi və humanitar ədalətsizliyə diqqət yetirməyə çağırıram.  
“İşğal” iddiaları ilə bağlı bildirmək istəyirəm ki, bəyanatda "Azərbaycanın Ermənistan ərazilərini işğal etməsi" ifadəsinin işlədilməsi isə tamamilə əsassızdır və hüquqi baxımdan yanlışdır. Azərbaycan yalnız öz suveren hüquqlarını bərpa etmişdir. Bu, BMT Nizamnaməsinə və beynəlxalq hüququn təməl prinsiplərinə tam uyğundur.  Əksinə Ermənistan tərəfi sərhəd delimitasiyası prosesinə qatılmaqdan boyun qaçırır, sülh prosesində müxtəlif təxribatlar törədir və yeni geosiyasi himayədarlar axtarmaqla və Fransa başda olmaqla bəzi dövlətlərin diqtəsi ilə hərəkət etməklə regionda vəziyyəti daha da gərginləşdirir.  
COP-29-la bağlı ittihamlarla bağlı bildirmək istəyirəm ki, Azərbaycan, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a uğurla ev sahibliyi edərək iqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Bakı COP, 80 dövlət və hökumət başçısının iştirakı ilə tarixi nailiyyətlərə imza atdı: İtki və Zərər Fonduyaradıldı, karbon bazarı ilə bağlı 6-cı maddə razılaşdırıldı və inkişaf etməkdə olan ölkələr üçün 300 milyard ABŞ dollarıməbləğində maliyyə dəstəyi nəzərdə tutan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) qəbul olundu.
Azərbaycan, genişmiqyaslı böhtan kampaniyalarına baxmayaraq, "Yaşıl dünya naminə həmrəylik" şüarı altında qərəzsiz vasitəçi kimi çıxış edərək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq üçün mühüm körpü rolunu oynadı. Bu tədbir, Azərbaycanın qlobal həmrəylik və çoxtərəfliliyə olan töhfəsinin təntənəsi idi və gələcək iqlim fəaliyyətlərinə müsbət təsir göstərəcək irsi ilə yadda qalacaq. Bəyanata imza atan parlamentarilərdən bu nailiyyətlərə hörmətlər yanaşmağa dəvət etdirəm.
Yekunda qeyd etmək istəyirəm ki, Azərbaycan və Belçika arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Lakin bəzi Belçika parlament üzvlərinin birtərəfli və əsassız yanaşması bu münasibətlərə xələl gətirə bilər. Azərbaycan regionda sülhün və inkişafın tərəfdarıdır və bu yolda beynəlxalq hüququn tələblərinə əməl etməyə davam edəcəkdir.  
Belçika parlament üzvlərindən obyektiv yanaşma gözləyirik. Ədalət bir tərəfə deyil, bütün xalqlara eyni şəkildə xidmət etməlidir. Biz həm qərbi azərbaycanlıların hüquqlarının bərpasını, həm də Azərbaycanın tarixi və mədəni irsinə hörmət edilməsini tələb edirik. İnsan hüquqları seçici yanaşma ilə müdafiə oluna bilməz.  
Kamal Cəfərov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 25 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri