Belçika və ABŞ arasında səfir qalmaqalı Diplomat XİN ə çağırıldı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belçikanın Xarici İşlər naziri Maksim Prevo ABŞ-nin ölkədəki səfiri Bill Uaytı nazirliyə çağıraraq diplomatdan sosial şəbəkələrdə belçikalı rəsmilərə qarşı hücumları dayandırmağı tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Belçikalı nazir amerikalı diplomata xəbərdarlıq edib ki, növbəti təxribatlar iki ölkə arasındakı münasibətlərin pisləşməsinə gətirib çıxara bilər:
“Hər hansı növbəti təxribat əks-effekt verəcək və münasibətlərimizdə lüzumsuz gərginliyə səbəb ola bilər”.
Qeyd edək ki, XİN rəhbərinin diplomatı çağırılmasına səbəb səfirin sosial şəbəkədə Belçikanın səhiyyə naziri Frank Vandenbrukun süni intellektlə hazırlanmış fotosunu paylaşması olub. Belə ki, fotoda nazir siqaret qutusunun üzərində təsvir olunub və “Vandenbruk. Həyatın bütün sevinclərini məhv edir” sözləri yazılıb. Səfir paylaşıma “Belçikanın ən böyük uğursuzu kimdir?” şərhini əlavə edib. Prevo səfirin hökumət üzvünə qarşı bu cür təhqiramiz ifadələr işlətməsinin yolverilməz olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Avqust 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















