Belçika Yeni Zelandiyanı darmadağın edərək qrupu lider başa vurdu VİDEO
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Belçika millisi futbol üzrə dünya çempionatı-2026-nın G qrupunun üçüncü turunda Yeni Zelandiya yığmasını böyük hesabla məğlub edib. Vankuverdə keçirilən qarşılaşma avropalıların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, belçikalılar son turun oyununa səhv etmək hüququ olmadan çıxmışdılar. Misir və İranla heç-heçədən sonra komanda həm pley-offa yüksəlmək, həm də qrup birinciliyini təmin etmək üçün mütləq qalib gəlməli idi.
Belçika ilk dəqiqələrdən favorit statusunu doğruldaraq oyuna tam nəzarəti ələ alıb. Yeni Zelandiya bir dəfə fərqlənməyi bacarsa da, rəqibin hücumlarının qarşısını almaqda aciz qalıb.
Nəticədə Belçika inamlı qələbə qazanaraq qrupun ən böyükhesablı nəticəsinə imza atıb.
Qrup mərhələsinin yekununa əsasən, Belçika 5 xalla G qrupunu birinci pillədə başa vuraraq pley-offa yüksəlib. Yeni Zelandiya isə 1 xalla sonuncu – dördüncü yeri tutaraq dünya çempionatı ilə vidalaşıb.
Qrupda ikinci yeri də 5 xal toplayan Misir millisi tutub. Afrikalılar əlavə göstəricilərə görə Belçikadan geri qalıblar. İran isə 3 xalla üçüncü sırada qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 27 İyun 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















