Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Belçikada islamofob və antitürk əhval ruhiyyə hökm sürür TƏHLİL

Belçikada islamofob və antitürk əhval ruhiyyə hökm sürür TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Belçikada anti-Azərbaycan kampaniyası aparan KİV-ləri və QHT-ləri Belçika hakimiyyəti və Corc Soros maliyyələşdirir

Azərbaycanın iqtisadi, sosial, siyasi, hərbi və digər sahələr üzrə gücünün artması, nüfuzunun yüksəlməsi bəzi xarici dövlətləri ciddi şəkil də narahat edir. Bu səbəbdən də, müxtəlif iyrənc vasitə və üsullardan istifadə etməklə görülən fundamental işlərə, qazanılan möhtəşəm uğurlara kölgə salmağa çalışırlar. Xüsusilə də bu cür çirkin kampaniyada Avropa İttifaqı və onun idarə edilməsində aktivlik nümayiş etdirən Fransa, Almaniya, Belçika, Niderland və digər ölkələr fəallıq nümayiş etdirdikləri görünür. Bu ölkələrinin başında isə Fransanın durduğu şübhəsizdir. Çünki Fransa Avropa İttifaqının formalaşan büdcəsinin böyük hissini maliyyələşdirən tərəfdir. Digər tərəfdən Avropadan kənarda müstəmləkəsi çox olan və həmin müstəmləkə altında saxladığı ərazilərdən milyardlarla avro maliyyə vəsaitlərini talayır ki, həmin vəsaitlərin bir qismi Avropa ölkələrinin qaranlıq işlərinə xərclənilir. Digər tərəfdən Fransanın Almaniya, Belçika, Lüksenburq, Niderland və digər ölkələrinin siyasi dairələrində, qanunverici orqanlarında təsir dairəsi yüksəkdir. İstənilən vaxt Fransanın dirijor çubuğu Avropa İttifaqına daxil olan bəzi ölkələrin siyasi hakimiyyətlərində istədikləri qərarı qəbul etdirə bilirlər. Bu o demək deyil ki, həmin ölkələr müstəqil deyillər və ya iqtisadi, siyasi cəhətdən Fransadan asılı vəziyyətdədir. Faşizmin əsas mərkəzi Almaniya olsa da, böyük dayaqlara və idarətetmə gücünə görə, Fransa Almaniyadan üstündür. Bu baxımdan bəzi Avropa ölkə başçıları ərazilərində rəsmi Parisin göstərişi ilə faşizmin geniş miqyaslı terror aktları, hətta dövlət çevrilişləri həyata keçirə biləcəyindən ehtiyat edirlər. Ona görə də, Parisdən onlara hansı dövləti hədəf seçmək barədə tapşırılar gəlsə dərhal onu icra edirlər. Misal üçün Avropa İttifaqına daxil olan bəzi ölkələrin Azərbaycanla bağlı vaxtaşırı qərəzli qətnamələr qəbul etməsi və ya ölkəmiz haqqında dezinformasiya xarakterli məlumatlara yaymalarını göstərmək olar. Səbəbi nədir, niyə Fransa, Almaniya, Belçika, Niderland və digər ölkələr Azərbaycanla bağlı şər və böhtan tipli məlumatlar yayırlar? Cavabı aydın və qısadır. Ölkəmiz 30 il erməni işğalı altında olmuş torpaqlarını azad edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü həll edib, beynəlxalq hüquqi təmin edib. Buna görə dövlətlər Azərbaycana təşəkkür etməli, minnətdarlıqlarını ifadə etməlidirlər. Lakin Fransa başda olmaqla Almaniya, Belçika, və Niderland ermənipərəst mövqe sərgiləyir və Azərbaycanın haqq işinə xələl gətirməyə çalışırlar. Dərk etmirlər ki, hansı Avropa dövləti ərazisinin bir qarşının işğal edilməsinə razı olar?

Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman çox haqlı fikir söyləyir və deyir: “Belçika razı ola bilərmi onun ərazisinin bir hissəsini Hollandiya zəbt etsin və qəsb etdiyi ərazidə öz qayda və qanunlarını tətbiq eləsin? Təbii ki, Belçika nəinki ərazisinin Hollandiya tərəfindən işğal edilməsinə, ümumilikdə torpaqlarında separatçı meyillərin baş qaldırılmasına razı olmaz. Holland mədəniyyətinə və xalqına bütün hörmətim daxilində sadə vətəndaş kimi mənə Hollandiyanın ölkəmə işğal etmək və mənim ölkəmin ərazisində hökumət qurmaq məqsədi ilə soxulması qətiyyən xoşuma gəlməzdi”. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, Qarabağdakı separatçıları ləğv etməsi onların başlarına daş, qarınlarına azar doldurub. 5 ildir ki, dayanmadan Azərbaycanla bağlı şər və böhtan xarakterli iftiralar səsləndirir, qətnamələr qəbul edirlər. Bu azmış kimi ölkələrində və kənarda haqqı deyən, ədalətli mövqe ifadə edənlər təqib olunur, söyüşə, təhqirə məruz qalırlar.

Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman hakimiyyət tərəfindən təqib olunur. Belçikanın və Avropanın bir sıra mətbu orqanları, saytları, o cümlədən Belçikanın “De Tijd”, “L'Echo” qəzetləri, eləcə də RTBF, “La Capitale”, “La Libre” nəşrləri onu təhqir edən məqalələr dərc edirlər. Nədən ki, hakim Jan-Pol Murman Xocalı soyqırımının Ermənistan tərəfindən törədildiyini, lakin bu illər ərzində təcavüzkarın cəzalandırılmadığını söyləyib. Qeyd edib ki, dünya ictimaiyyətinin Ermənistanın Xocalıda törətdiyi soyqırımı aktına laqeyd qalması insanlığa və bəşəriyyəti qarşı hörmətsizlikdir. Onun sözlərinə görə, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan şəhəri olan Xocalıda törətdiyi soyqırımı aktına susması heç bir hüquqi və mənəvi çərçivəyə sığmır.

Jan-Pol Murman Belçika KİV-inə verdiyi müsahibəsində deyib: “Xocalıda vəhşilik törədən kəslər müəyyənləşib, lakin artıq 20 ildir ki, bu məsələ üzrə heç bir qərar qəbul edilmir. Xocalı hadisələri ilə bağlı xüsusi beynəlxalq cinayət məhkəməsi yaratmaq zəruridir. Uyğun təcrübə vardır. Bu cür məhkəmələr Kosovo, Livan, İraq ilə əlaqədar yaradılıb. Bura beynəlxalq ekspertləri dəvət etmək lazımdır, təhqiqat aparmaq gərəkdir, uyğun qərarlar qəbul etmək lazımdır. Belə cinayətlər etmişləri axtarıb tapmaq və cəzalandırmaq lazımdır ki, bu, gələcəkdə təkrar olunmasın... Bütün dövlətlər və təşkilatlar ikili standartlar siyasətindən imtina etməlidirlər ki, hüquq və ədalət zəfər çalsın”.

Jan-Pol Murmanın əsaslı, həqiqəti əks etdirən fikirləri Belçika hakimiyyətində çalxalanmalar yaradıb. Hakimiyyət ədalət çarçısını cəzalandırmaq üçün bir qrup kriminal dəstə tərəfindən evinin və avtomobilinin şüşələrini sındırtdırıb. Öyrədilmiş və təlimat almış QHT və KİV əməkdaşları hakimin şəxsiyyətini və ləyaqətini təhqir edən açıqlamalar yayır, şüarlar paylaşırlar. Hakim Jan-Pol Murman özünə qarşı həyata keçirilən repressiyanın arxasında Belçika hakimiyyətinin və Corc Soros Fondunun ayırdığı maliyyə yardımlarının dayandığını söyləyib. O “De Tijd” nəşrinə verdiyi müsahibədə bildirib ki, Belçikada antiAzərbaycan kampaniyası aparan 140 qeyri-hökumət təşkilatının hamısını Belçika hakimiyyəti və Corc Soros maliyyələşdirir.

Mark Demesmaekerin və Mişel de Maegdin erməni lobbisinin sifarişlərini icra edirlər

Belçika o qeyri-demokratik dövlətlərdəndir ki, burada dini və irqi ayrı-seçkiliyə yol verilir. Xüsusilə də, islama qarşı və türkçülüyə qarşı yaramazlıqlara geniş xarakter daşıyır. İslamofobiyanın və antitürkün başında siyasi hakimiyyətin, eləcə də qanunverici orqanın bir sıra vəzifəli şəxsləri dayanır. Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaekin və ermənipərəst deputat Mişel de Maegdin Belçikanın faşist ideologiyasının əsas simaları hesab olunurlar. Dəfələrlə bu məxluqlar Azərbaycana, Türkiyəyə, ümumilikdə islam dünyasına qarşı qarayaxma kampaniyası ilə çıxışı ediblər. Məhz bu günlər ölkənin Nümayəndələr Palatasının Azərbaycana qarşı rüsvayçı qərarın qəbul edilməsində Mark Demesmaekin və Mişel de Maegdin əhəmiyyətli rolları olmuşdur. İyulun 17 –də Belçika Nümayəndələr Palatasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanın separatizmin ləğv edilməsi üçün Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edilir və ölkəmizə qarşı şər və böhtan xarakterli ittihamlar əks olunur. Nəzərə almaq lazımdır ki, islamofob və antitürk əhval-ruhiyyəli millətçi Yeni Flamand İttifaqı Partiyasının (N-VA) üzvü Mark Demesmaeker Brüsseldə əsas erməni lobbi təşkilatının rəhbəri Kaspar Karampetyan ilə sıx əməkdaşlıq edir və onun sifarişlərinə əsasən Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Hətta bu üzdəniraq məxluq 2019-cu ilin oktyabr ayında Azərbaycanın işğal edilmiş ərazilərinə əfər edib, separatçılarla görüşlər keçirmişdir. Hətta Qarabağdakı separatçılara maliyyə və silah yardımları ediləcəyinə dair onlara vədlər vermişdir.

Separatçılar həbs olunduqdan sonrada Mark Demesmaeker onlara dəstəyini davam etdirir. Belçika Nümayəndələr Palatasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Mark Demesmaekerin və digərlərinin erməni diasporuna xidmətinin bir hissəsidir. Sənədin tam şəkildə əsas ittihamlardan ibarət olması bu məxluqların xüsusi təlimat və tapşırıq aldıqlarını göstərir. Mark Demesmaeker və Mişel de Maegdin səyi ilə yazılan qətnamədə iddia olunur ki, guya Azərbaycan Qarabağda antiteror əməliyyatları həyata keçirməklə beynəlxalq hüquqi pozub. Halbuki, Azərbaycan həmin ərazidə öz suverenliyini bərpa edib və bu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Haqlı olaraq Azərbaycan ictimaiyyəti, dövlət qurumları Belçika Nümayəndələr Palatasının erməni lobbisinin maraqlarına və uyğun qəbul edilən sənədə kəskin etirazını bildirir. Azərbaycan respublikasının Milli Məclisinin Belçika Nümayəndələr Palatasının qətnaməsinə münasibətində qeyd olunur ki, qətnamədə Azərbaycana qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Qeyd olunub ki, yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar: “Qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində inkar edilir. Bildirilir ki, 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatı yalnız Qarabağ ərazisində fəaliyyət göstərən Ermənistan ordusunun qalıqlarına və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlmişdi və beynəlxalq hüquqa tam uyğun idi. Bu əməliyyatın gedişində heç bir mülki şəxsə ziyan vurulmayıb, dini və ya mədəni abidələr zədələnməyib”.

Azərbaycan Milli Məclisinin Belçika Nümayəndələr Palatasına sərt cavabı

Sənəddə vurğulanıb ki, Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır: "Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilib. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulub".

Qətnamənin “qanunsuz həbslər” ilə bağlı hissəsinə gəlincə, Azərbaycan parlamentinin münasibətində xatırladılıb ki, hazırda Bakıda məhkəmə istintaqına cəlb edilən erməni milliyyətli şəxslər Azərbaycan ərazisində hərbi təcavüz, müharibə cinayətləri, zorakılıqla yoxa çıxarma, işgəncə vermə, terrorçuluq və s. kimi cinayətlər törətməkdə təqsirləndirilirlər: "Onların müvafiq hüquqları təmin edilir, məhkəmə prosesi şəffaf aparılır və amansız rəftarla bağlı heç bir şikayət yoxdur. Bunun əksinə olan iddiaların irəli sürülməsi suveren dövlətin daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Bu da təəssüflə qeyd edilməlidir ki, qətnamədə Ermənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilmişdir. Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur. Qətnamədə bəyan edilmiş məqsədlərə zidd olaraq, bu sənəd sülh yaradılması səylərinə heç də kömək göstərmir. Son vaxtlar sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı bir şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar".

Azərbaycan Milli Məclisi Belçika Nümayəndələr Palatasının üzvlərini obyektiv yanaşmaya əsaslanmayan bu cür sənədlərin qəbulu praktikasından əl çəkməyə, beynəlxalq hüquq prinsiplərinə və normalarına, regionun bütün xalqlarının hüquqlarına hörmətlə yanaşmağa, vəziyyəti gərginləşdirə bilən addımlardan çəkinməyə çağırıb.

Yəqin ki, bundan sonra Belçika siyasi hakimiyyəti və qanunverici orqanı özündə cəsarət tapıb, erməni lobbisinin göstərişlərinə və sifarişlərinə uyğun deyil, öz dövləti maraqlarına uyğun siyasət yürüdəcək. Bu hal həm də Belçikanın Fransanın vassalı deyil, müstəqil dövlət olduğunu nümayiş etdirəcək. Əgər gözləntilər özünü doğrultsa, Belçika dünya siyasətində özünə yer tuta biləcək, əks halda bu ölkə çırtdan ölkəyə çevriləcək, ən pis halda isə mövcudluğunu itirmək təhlükəsi ilə üz -üzə qalacaq.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri