Icma.az
close
up
RU
“Belçikada mənə dedilər ki, gecə çölə çıxma, qorxuludur” Elman Nəsirov gizlinləri açdı

“Belçikada mənə dedilər ki, gecə çölə çıxma, qorxuludur” Elman Nəsirov gizlinləri açdı

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənli isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunublar.

Dövlət başçısı həmin gün yeni başçıları qəbul edib, bir sıra tapşırıqlar verib. Əsas tapşırıq isə xalqa xidmət və qanunsuzluq etməmək barədə olub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib ki, ölkədə görülən işlərə qiymət verilərkən əsas meyar məhz vətəndaş məmnunluğudur:

“Əsas tapşırıqlar ondan ibarət idi ki, xalqa ləyaqətlə xidmət edin, təyin edildiyiniz bölgələrdə xalqın içində olun, onların problemlərinə biganə qalmayın. Prezident dedi ki, elə çalışın ki, vətəndaş məmnunluğu formalaşsın, işinizə verilən qiymətdə də əsas meyar budur.

Dövlət başçısı çıxışında qeyd etdi ki, bəzi icra başçıları təəssüf ki, tapşırıqları lazımi səviyyədə yerinə yetirməyiblər və onları hansı taleyin gözlədiyi bəllidir. Onlar rüşvət, korrupsiya yolunu tutublar və öz ciblərinin gözü ilə fəaliyyətlərini qiymətləndiriblər. Onların hansı aqibətlə üzləşəcəkləri də bəllidir. Ona görə də xalqa ləyaqətlə xidmət etmək lazımdır”.

E.Nəsirov söyləyib ki, Prezident bəzi icra başçılarının üzərlərinə qoyulan tapşırıqları yerinə yetirmədiklərini, korrupsiya və rüşvətə yol verdiklərini də xüsusi vurğulayıb:

“Dövlət başçısı eyni zamanda, vurğuladı ki, elə hallar da var ki, bəzi icra başçıları mərkəzə əyləşən məmurlardan qanunsuz tapşırıqlar alıblar. Prezident çıxışında da bildirdi ki, belələri bu gün məhkəmə qarşısındadır və hərəkətlərinə görə cavab verirlər. Bu gün istintaq davam edir. Dövlət başçısı konkret ad çəkmədi, ola bilsin ki, bu, həm də istintaq davam etdiyinə görə idi. İstintaqın öz tələbləri var. Amma istənilən halda, bu gün rüşvət alan, korrupsiya ilə məşğul olan, dövlətə və dövlətçiliyə xəyanət edən hər bir şəxs sabah istintaqda adı hallananların sırasına qoşula bilər”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışı bütün mərkəzi icra orqanları nümayəndələri üçün ciddi xəbərdarlıq xarakteri daşıyır:

“Bu, həm də bütün mərkəzi hakimiyyət nümayəndələrinə bir xəbərdarlıq idi ki, hər kəs özünü yığışdırsın və dövlətə, xalqa ləyaqətlə xidmət göstərsin”.

Milli Məclisin üzvü yeni təyinatlarla bağlı da fikirlərini bölüşüb:

“Yeni təyin olunan şəxslər arasında şəxsən tanıdığım bir neçə nəfər var. Məsələn, Göyçay icra başçı Natiq bəyi tanıyıram, mən əvvəl Göyçayın deputatı olmuşam. Mən onu təmiz adam kimi tanıyıram. Göyçay rayonu ilə əlaqələrim var, vətəndaşlar da onun haqqında yüksək fikirlər səsləndirirlər. Kürdəmir icra başçısı haqqında da müsbət fikirlər söyləyə bilərəm. Onu tədbirlərdə görmüşəm, tanıyıram. Eyni zamanda, başqaları da onun haqqında müsbət fikirlər səsləndirirlər”.

Gədəbəyin icra başçısı ilə bağlı vaxtilə mətbuatda yayılan tənqidi fikirlərin düzgün olmadığını deyən E.Nəsirov onun işgüzar və bacarıqlı kadr olduğunu bildirib:  

“Gədəbəyin icra başçısı ilə bağlı zamanında mətbuatda bəzi tənqidi fikirlər səsləndirilmişdi, amma inanın ki, bu düzgün deyildi. Mən onu da çox yaxşı tanıyıram. Əslində, məsələni dərindən araşdırsaq görərik ki, o, çox işgüzar və bacarıqlı kadrdır. O, polisin fəaliyyətini yüksək qiymətləndirmişdi, hesab etmişdi ki, polis hər birimizi qoruyur. Onun həmin fikirlərini götürüb kontekstdən çıxararaq əllərində bayraq etmişdilər.

Məgər o düz demirdi?! Biz tez-tez xarici ölkələrdə oluruq və oradakı vəziyyəti gösrürük. Məsələn, mən Belçikada olanda söylədilər ki, saat 22:00-dan sonra siz və həmkarlarınız küçədə qalmayın, çünki hər şey ola bilər. O boyda Avropa İttifaqı və NATO-nun mənzil qərargahı olan bir şəhərdə - Brüsseldə 22:00-dan sonra gəzmək təhlükəlidir. Lakin Azərbaycanda gecə səhərə qədər şəhərdə gəzə bilərsən, heç bir təhlükə də yoxdur. Bu mövzuda bizim asayiş keşikçilərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar da bu işi ləyaqətlə icra edirlər. Bu baxımdan, hesab edirəm ki, Gədəbəyin icra başçısının dedikləri çox düzgündür. İndi həmin şəxs Göyçaya icra başçısı gəlib və haqqında fikirlərim müsbətdir”.  

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Noyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri