Belçikada qızıl medal qazanan Azərbaycan cüdoçusu: Olimpiya və dünya çempionu olmağı arzulayıram
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qarşıdakı hədəflərim Qran-pri və "Böyük Dəbilqə" turnirlərində yüksək nəticələr əldə etməkdir. Olimpiya və dünya çempionluğunu da arzulayıram. Lakin hələlik tezdir.
Bunu "Report"a açıqlamasında Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində qızıl medal qazanan Azərbaycan təmsilçisi Elşən Əsədov (66 kq) deyib.
22 yaşlı idmançı qələbəsini Vətən müharibəsi şəhidi Cavid İbrahimliyə həsr etdiyini bildirib:
"Yarış gərgin mübarizə şəraitində keçdi. Təşkilatçılıq da yüksək səviyyədə idi. Bu turnirdən əvvəl Avstriyada təlim-məşq toplanışında olmuşuq. Özümü çox hazır hiss edirdim. Məqsədimiz medal əyarına görə komanda hesabında da birinci olmaq idi. Amma ikinci yeri tutduq. Növbəti il birinci olacağımıza inanıram".
E.Əsədov beynəlxalq yarışlarda ilk medalını qazandığını söyləyib:
"Çıxış etdiyim çəkidə Azərbaycanda rəqabət çox böyükdür. Özümdə perspektiv görürəm və elit idmançıların arasında ola bilərəm".
Qeyd edək ki, Azərbaycanın kişi cüdoçuları Belçikada keçirilmiş turnirdə 6 medal əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 29 Yanvar 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















