Belçikanın xarici işlər naziri Türkiyəyə rəsmi səfər edəcək
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Belçikanın xarici işlər naziri Bernard Quintin sabah Türkiyəyə rəsmi səfər edəcək.
SİA-nın məlumatına görə, Xarici işlər naziri Hakan Fidanın həmkarı ilə terrorla mübarizə mövzusunu müzakirə edəcəyi bildirilir.
Nazir Hakan Fidan Suriyanın terrordan təmizlənməsi üçün beynəlxalq səylərin sürətləndirilməsinin vacibliyini vurğulayacaq. O, Suriyanın şimal-şərqindəki həbsxana və düşərgələrdəki DEAŞ üzvləri və onların yaxınlarının öz ölkələrinə geri qaytarılmasının zəruriliyini qeyd edəcək. Fidan həmçinin PKK və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə Belçikadan daha təsirli əməkdaşlıq gözlədiklərini ifadə edəcək.
Görüşdə Suriyanın yenidən qurulması və qaçqınların geri qayıtmasının asanlaşdırılması məsələləri də gündəmə gələcək. Hakan Fidan beynəlxalq ictimaiyyətin Suriyanın yeni administrasiyası ilə əlaqələrini artırmasının vacibliyini vurğulayacaq.
Tərəflər həmçinin Qəzzadakı vəziyyəti müzakirə edəcəklər. Nazir Hakan Fidan İsrailin Qəzzanı işğal etmə cəhdinin bölgədə qeyri-sabitliyə səbəb olduğunu bəyan edəcək və beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 Yanvar 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















