“Belçikaya qayıdanda Mustafaya deyəcəyəm ki…”
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan və Yaponiya yığmaları arasında Qəbələdə keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisi penaltilər seriyasında 5:4 hesabı ilə qələbə qazandı.
Oyundan sonra rəqib komandanın hücumçusu Şion Şinkava “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Matç barədə təəssüratlarınız necədir?
– Qol imkanlarını qaçırdıq və müəyyən səhvlərə yol verdik. Məhz buna görə də yekunda komandamız məğlub tərəf oldu. Düşünürəm ki, öz üzərimdə daha çox çalışmalı və inkişaf etməliyəm.
– Qarşılaşmanın penaltilər seriyasına qədər uzanacağını gözləyirdiniz?
– Matçın belə ssenari ilə davam edəcəyini gözləmirdim. Oyun boyunca qapıçımız dəfələrlə komandanı xilas etdi, məhz onun seyvləri sayəsində əsas vaxt 0:0 hesabı ilə başa çatdı. Matçın son dəqiqələrində əlimizə düşən şansı boşa verdik və zənimcə, bu uğursuzluq psixoloji olaraq penaltilər seriyasına da təsir göstərdi. Penalti vuran zaman zərbəni mərkəzə vurmağı planlaşdırmışdım, lakin təəssüf ki, bərbad zərbə alındı.
– Matçın keçirildiyi Qəbələ dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşir. Bu amil oyununuza necə təsir etdi?
– Bəli, dəniz səviyyəsindən yüksəkdə oynadığımız üçün bəzi epizodlarda təngnəfəslik yarandı, nəfəs almaq çətinləşdi. Lakin qarşıdan gələn U-20 Dünya Çempionatı da oxşar coğrafi şəraitdə keçirilə bilər. Ona görə də bu cür iqlim və hündürlük şəraitinə indidən vərdiş etməliyik.
– Siz Belçikanın “Sent-Trüden” klubunda çıxış edirsiniz. Komanda yoldaşınız Mustafa Kamara isə Azərbaycanın U-21 millisinin şərəfini qoruyur. Azərbaycana qarşı oynamazdan əvvəl onunla bu barədə söhbətiniz olmuşdu?
– Açığı, bundan xəbərim olmayıb. Mən “Sent-Trüden”in əsas heyətində yer alıram, Mustafa isə gənclər komandasındadır, ona görə bu barədə danışmamışdıq.
– Qayıdanda onunla bu matç və Azərbaycan barədə danışmağı planlaşdırırsınız? Çünki onun atası vaxtilə burada “Qəbələ”də çıxış edib.
– Bəli, mütləq danışacağam. Həm də 3 gün əvvəl elə “Qəbələ”yə qarşı yoldaşlıq matçı keçirib 3:1 hesabı ilə qalib gəlmişdik. Belçikaya qayıdanda Mustafaya deyəcəyəm ki, “atanın keçmiş komandasına qalib gəldik”.
Ayxan Zayıdzadə
Baxış sayı:87
Bu xəbər 07 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















