Səddamın təyyarəsi satışa çıxarıldı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Iraqi Airways" Tunisin cənub-qərbində park edilmiş 2 "Boeing 747" təyyarəsini satmaq niyyətindədir.
"Yeni Sabah" xəbər verir ki, onlardan birindən İraq diktatoru Səddam Hüseyn istifadə edib.
Hər bir təyyarənin qiyməti 900.000 dollardır. Satışı idarə etmək üçün Tunisdəki İraq səfirliyində xüsusi komitə yaradılıb və 21 dekabr - 5 yanvar tarixləri arasında potensial alıcılardan təkliflər qəbul edəcək. Onlayn mağaza
"Iraqi Airways" təyyarələrin hazırkı vəziyyətdə və texniki zəmanət olmadan satıldığını vurğulayıb. Alıcı bütün nəqliyyat və hüquqi köçürmə xərclərini, eləcə də gömrük rüsumlarını və təmir xərclərini ödəyəcək.
Səddam Hüseynin bir neçə dəfə istifadə etdiyi "Boeing 747SP"-dən əlavə, ümumi tutumu 330 oturacaq olan "Boeing 747-200" sərnişin təyyarəsi də satışa çıxarılıb. Hər iki təyyarə 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 23 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















