İki şəhid atasının müraciəti cavabsız qaldı Qubada bədbəxt hadisə
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən Qubada bədbəxt hadisə baş verib. Hadisə rayonun Mirzəməmməd kəndi ərazisində olub.
Rayonun Alpan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradov "KamAz" markalı yük avtomobilini saxlayaraq su götürmək istəyərkən suvarma kanalına düşüb.
Hadisə ilə bağlı “Yeni Sabah”a müraciət edən Xəyal Muradovun bacanağı Nicat Gülməmmədov bildirib ki, axtarışlar üçün sözügedən kanalın suyu dayandırılması ilə bağlı müraciət etsələr də, şikayətlərinə biganə yanaşılıb: Onlayn mağaza
“Bu hadisə baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyinə və Quba rayon Sukanal İdarəsinə müraciət etmişik. FHN xilasetmə qrupu göndərsə də, əməkdaşlar heç nə edə bilmir. Çünki kanalın suyu kəsilməyib.
Quba rayonunun sukanal idarəsinin rəisinin yanına getmişik. Bacanağımın qaynatası və əmisi şəhid atasıdır. Sukanal idarəsinin rəisi 2 şəhid atasının müraciət etməsinə baxmayaraq, hörmətsizlik etdi və şikayətimizə baxmadı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 23 Noyabr 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















