Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

Belə bir Liderə necə dönük çıxmaq olar?!

Belə bir Liderə necə dönük çıxmaq olar?!

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Onda hələ Qarabağ işğalda idi. Bu, o zamanlar idi ki, hansı ölkəyə səfər edirdiksə - bu səfərlər də əsasən Qarabağa ədalət, Azərbaycan həqiqətlərinin yayılmasına həsr olunmuş tədbirlərlə əlaqədar olurdu – Azərbaycandan olduğumuzu bilənlərin tənəli, ironik baxışlarından yayına bilmirdik. Düzdür, etika naminə, qonaq olduğumuz üçün nisbətən ehtiyatlı davranırdılar, amma elə baxışları ilə də “bir ovuc erməninin” (onların düşüncəsinə görə) əlindən torpaqlarını ala bilməyən ölkənin vətəndaşı olaraq yanaşırdılar bizə. Ən təsirlisi bilirsiniz nə olmuşdu? Şeyx Səfi məqbərəsini ziyarət edib geri qayıdarkən Ərdəbildən olan ağsaqqalardan birinin “niyə gedib torpağınızı azad etmirsiniz”, deyərək tənəli baxışlarına tuş gəlmişdik səfər yoldaşlarımızla. Olduğumuz ünvanlarda reallığı deyirdik, əslində torpaqlarımızı “bir ovuc erməninin” yox, onların havadarlarının işğal etdiklərini söyləyirdik və sonda qalib gələcəyimizi əminliklə bildirirdik. Eləcə də digər tədbirlərin birində mühacir soydaşlarımızın ittihamlarına cavab olaraq demişdik ki, “əmin olun, Qarabağı ən çox azad etmək istəyən Azərbaycan Prezidentidir, buna qəti şübhəniz olmasın, kim adını əbədi tarixə həkk eləmək istəməz?!”

Bu gün o günləri xatırlamaq çox ağır olsa da, haqlı olduğumuz üçün o qədər xoş hisslər keçiririk ki...Bir Azərbaycan vətəndaşı olaraq, özü də QALİB ÖLKƏNİN VƏTƏNDAŞI! Bu günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımıza, qəhrəman ordumuza nə qədər təşəkkür etsək, yenə də azdır! Torpaqlarımızın azadlığı bizim başımızı dikəltdi, bütün dünyada üzüağ yaşamaq şansı qazandıq, bir çoxları bizə həsəd aparır, bunu dilə gətirən liderlər də az deyil. Bu reallığı yaradan Liderə və onun qüdrətli ordusuna, dövlətinə, xalqına necə qəsd haqqında düşünmək olar(dı)?! Təəssüf ki, demə, biriləri iş başında imişlər. Dövlətimizin köklərini qazırmışlar. Ramiz Mehdiyev və ətrafı, “komandası” ətrafında aparılan araşdırmalar çox şeyləri üzə çıxaracaq. Amma indiyə qədər yayılan məlumatların özü belə qorxuncdur. Bir anlıq digər məsələləri düşünəndə adamı vahimə basır. Təsəvvür edin, əgər hazırlanan planlar həyata keçsəydi, hakimiyyətin ələ keçirilməsinə nail olsaydılar...Onda nə Böyük Zəfərimizin ilkin mərhələsi olan Aprel döyüşlərindəki qələbə müjdəmiz olacaqdı, nə Tovuz döyüşlərində düşmənin burnu ovulacaqdı, nə 44 günlük Vətən müharibəsində iki əsrə bərabər qələbəmiz olacaqdı, nə də...Çox şeylərdən məhrum olacaqdıq. O halda Qarabağda separatizmin kökü kəsilməyəcəkdi, Bakıda Ədalət Məhkəməsi qurulmayacaqdı, əksinə, indi yenə də canilər Xankəndidən, Xocalıdan üstümüzə hürüşəcəkdilər. Rusiyadakı çevrələrin təlimatı ilə hakimiyyət başına gələn qüvvələr Qarabağda “Rusiya evi” yaradılması ilə paralel həyata keçirilən proseslərə müqavimətmi göstərəsiydilər?

Görün Prezident İlham Əliyev bu xalqı və dövləti hansı bəlalardan xilas edib...Bəziləri sadəlövhcəsinə sual edir ki, niyə Ramiz Mehdiyev və ətrafı ilə bağlı məsələlər indi gündəmə gətirilib, hüquqi addımlar atılır? Dünyanın ən nəhəg dövlətləri belə eyni zamanda bütün yükləri öz üzərinə götürməyə çətinlik çəkir, mərhələli qaydada addımlar atır. Son illərə diqqət edək: Aprel döyüşləri, Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, 2021-ci ilin sentyabr döyüşləri, Fərrux yüksəkliyi uğrunda əməliyyat, 2023-cü ilin antiterror əməliyyatı...Bu əməliyyatları keçirmək, torpaqların azadlığına nail olmaq üçün dövlətimiz yalnız ermənilərləmi döyüşürdü? Xeyr! Laçının giriş-çıxış qapısı bağlandıqdan sonra Fransa və digər dövlətlərin nə qədər təzyiqləri ilə üz-üzə qaldıq, TIR-larını gətirib qapımıza yığmışdılar ki, Xankəndiyə gedirik! İlham Əliyevin qətiyyəti sayəsində kor-peşman geri döndülər. İran TIR-ları Ermənistan nömrələri ilə separatçılara yanacaq daşıyırdılar, Prezident Əliyev onları gəldiklərinə peşman elədi, Dövlət Təhlükəsizliyi Xidməti iranlı emissarların pasportlarına qədər ifşasına nail oldu.

Rusiya sülhməramlılarının müşayiəti ilə (?!) Qarabağ separatçılarının Xankəndi və digər ərazilərimizə silah-sursat daşıdıqlarını da unutmamışıq. Rusiyalı hərbçilərin nəzarəti altında separatçıların “təmas xətti”ndə minalar basdırmalarını da. Həmin minalar bu gün də təhlükə saçmaqda, canlar almaqdadır...AŞPA, Avropa İttifaqı, bu gün tabutuna mismarlar vurulan Minsk Qrupu...daha kimlər üstümüzə gəlirdilər. Hamısının cavabını dövlətimizin başçısı verirdi, nöqtəli zərbələrlə susdururdu. Hələ sadalamadığımız o qədər hadisələr var ki...Bütün bu hadisələrin, görülən işlərin fonunda “beşinci kolon”un təməlinin qazılmasının da həyata keçirilməsi sizcə, asan məsələ idimi? Düzdür, bir sıra hallarda SOROS tör-töküntülərinə qarşı gərəkən addımlar atıldı, “ərəb baharı”ndan, “məxməri inqilablar”dan həvəslənib, Azərbaycanı da Suriyaya, Livana, Yəmənə, Misirə döndərmək istəyənlərin, qanı su yerinə axıtmağa çalışanların arzuları gözlərində qoyuldu. Amma bununla işlər bitmədi. Dövlət sadəcə vaxtını gözləyirdi. Həm də nəyi, nə zaman etmək lazımdır, hamıdan yaxşı bilən Lider var!

Ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, indi artıq dövlətimizin təməlinə zaman-zaman lağım atmağa cəhd edənlərlə bağlı tədbirlər görülməliydi və görülür də. Çox təəssüf ki, bir əsr sonra yenidən Əliheydər Qarayevlər hərəkətə keçibmişlər, özlərini mələk donunda göstərib, əslində şimaldan günəşin doğacağı barədə xəyallar qurubmuşlar.

Hələlik istintaq gedir və son sözü dövlət qurumları, ədalət məhkəməsi deyəcək. Amma uğrunda şəhidlər vermiş vətəndaşın heç şübhəsiz ki, mövqeyi budur: dövlətimizə qəsd niyyətində olan heç kəsə bəraət olmamalıdır, kimliyinə fərq qoyulmadan!

Yazının sonluğunda bir xatırlatmanı da edək. İşğal illərində bəlkə də sadəlövhlüklə yazmışdım ki, arzum budur Rusiyadakı milyarder soydaşlarımız Qarabağın işğaldan azad edilməsi uğrunda töhfələrini Azərbaycan dövlətinə təklif etsinlər. Torpaqlar düşməndən təmizləndikdən sonra isə onları Qarabağın yenidən tikilməsi, şəhərlərin salınmasında iştirakçı görmək istəyirdim, sadə bir vətəndaş olaraq. Amma nələrə şahid olduq: “Milyarderlər İttifaqı” yaradıldı, amma Qarabağın azad olunması üçün yox, hakimiyyətə gəlməkdən ötrü.

Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu müqəddəs gündə yaradılan Milli Şuranın məram-məqsədi də ortada. Əgər hazırlanan plan reallaşsaydı, bu gün, 1 dekabrda Laçının azadlığı gününü də qeyd edə bilməyəcəkdik.

Kim bilir, bəlkə o halda Azərbaycan KTMT-yə çoxdan üzv qəbul olunmuşdu. Əli Kərimli və AXCP-nin digər şəxsləri məgər Rusiyanı heçmi tanımırdılar, 2 əsrdə başımıza gətirdiklərindən bixəbər idilər, yoxsa 90-cı illərdə Azərbaycanda nə oyunlardan çıxdığını bilmirdilər?! Bu ölkəyə bağlı olduğu şübhə doğurmayan qüvvələrlə necə işbirliyinə getmək olardı? Bu gün hakimiyyətin addımlarını təftiş edənlər məgər heç düşünmürlər ki, Rusiya Ukraynada müharibəni bitirdikdən sonra Qafqaz üzərinə yenidən şığımaq üçün fürsətlər axtaracaq? Bir neçə ay öncə Qafqaz dağlarını aşıb, Azərbaycana hücuma keçmək istəyənlərin çağırışlarını nə tez unutdunuz?! İlham Əliyev Rusiyanın Qəbələ RLS-dəki hərbçilərini, Qarabağdakı sülhməramlılarını vaxtından əvvəl Azərbaycandan çıxaran Prezidentdir!!! Siz ona qarşı Rusiyadakı şəbəkələrin hazırladığı planlamı gəlmək istəyirdiniz?!

Vaxtilə hakimiyyətə gəlməkdən ötrü beynəlxalq təşkilatlar qarşısında müharibə etməmək öhdəliyi götürənlər torpaqmı azad edəcəkdilər?! Bu gün dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, dövlətin xilası və təhlükəsizliyi naminə atılan addımlar kimi yanaşılmalıdır. İstintaqa cəlb olunanlar belə dövlətə minnətdar olmalıdırlar ki, görülən işlər Qalib Azərbaycanın daim var olması, ayaqda qalması, güclənməsi naminə aparılır.

Dövlətimizə güvənək, Qalib Liderimizi qoruyaq! O, hər bir azərbaycanlının Prezidenti olacağı barədə içdiyi anda sadiqliyini dəfələrlə sübuta yetirib, belə bir Liderə necə dönük çıxmaq olar?!

Dövlət və millət olaraq üzümüzü ağ edən Liderin üzünə necə “ağ” olmaq olar(dı)?!

Elşad Paşasoy

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see296

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see232

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri