Belə cinayət törədənlərin ölüsünə belə hüquqi qiymət verilir” Fəzail Ağamalı Ramiz Mehdiyev haqda
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ramiz Mehdiyevə qarşı heç bir güzəşt edilə bilməz və edilməli də deyil”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) qurucusu, keçmiş deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, nəhayət, həqiqət zəfər çaldı:
"Həqiqət zəfər çaldı. Böyük bir şəbəkə ilə çıxış edən və dövlətçiliyə kifayət qədər problemlər yaradan Ramiz Mehdiyev və onun ətrafı barəsində cinayət işi açılıb və istintaq gedir. Əminəm ki, istintaq obyektiv xarakter daşıyacaq. Uzun illər boyu Azərbaycan dövlətçiliyinə vurulan zərbələrin qarşılığında Ramiz Mehdiyev və onun şəbəkəsi aparılan istintaqın nəticəsində layiqli cavablarını alacaqlar”.
F.Ağamalı deyib ki, dövlətə xəyanət edən şəxsi yaşı nəzərə alınmamalıdır:
"Dövlətə xəyanət edən bir şəxsin yaşı niyə nəzərə alınmalıdır? Ona qarşı heç bir güzəşt edilə bilməz və edilməli də deyil. Əminəm ki, edilməyəcək də. Hətta bu və buna bənzər cinayət əməllərinə görə insan öləndən sonra belə, onun ölüsünə belə, hüquqi qiymət verilir”.
Şahanə Ziyad

