Icma.az
close
up
RU
Belə olmamalı idi, Ayxan müəllim!

Belə olmamalı idi, Ayxan müəllim!

Icma.az, Qol.az saytına istinadən bildirir.

Belə olmamalı idi, Ayxan müəllim!

Futbolumuz üçün daha bir qara səhifə…

Düz 46 dəfə hücum et, amma bir qol belə vura bilmə. Düz 26 dəfə zərbə endir, biri də qapıdan keçməsin.

Özü də kimin qapısından? Lixtenşteynin!

Tarixlərində ilk qələbəsini bizim üzərimizdə qazanmışdılar. Onda hələ 1998-ci il idi. 28 il əvvəl. 

İndi 2026-cı ildəyik. Futbolumuzun yağ-bal içində olan dövründə.

Amma onları indi heç evdə də uda bilmirik.

Bəs, Lixtenşteyn dünya reytinqində neçəncidir? Yüzlükdə deyil! Heç ikiyüzlükdə də deyil! 

İki yüzdən də o tərəfdə, 206-cı yerdədir.

Bizdən düz 81 pillə geridə!

Elə 206-cı yerdə olduğuna görə 46 dəfə hücum etdik. Məhz bizdən düz 81 pillə geridə olduğundandır ki, qapılarına 26 dəfə zərbə endirdik.

Heyətində mühəndislər, mexaniklər, satıcılar oynadığına görədir ki, 90 dəqiqə Lixtenşteynin qapısı ağzında ağzımızı ayırıb oturduq. Amma bu 40 minlik balaca bir ölkənin həvəskar komandasına da qol vura bilmədik.

İndi nə deyəsən? Mən ayıb desəm, çox yumşaq çıxacaq…

… Bu komandanın gələcəyi işıqlı görünmür.

Soruşmaq istəyirsən ki, hanı bu millinin qol vurmalı olan hücumçuları, amma soruşmursan. Çünki yoxdur, yetişmir, yetişdirə bilmirlər. Əlimizi üzək.

Bəs, hanı baş məşqçinin olmayan futbol sistemi?

Hardadır bu bir ildə hələ də qurulmayan sabit heyət? Yerli məşqçi deyib az qala bar-bar bağıran biz media, azarkeşlər idik…

Heyf, ümidləri doğrultmursan, Ayxan müəllim.

Bu gün belə olmamalı idi…

Nə sizin üçün, nə də azarkeş üçün...

Aydın Bağırov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://qol.az
archiveBu xəbər 01 Oktyabr 2026 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri