Icma.az
close
up
RU
Belə qadınlar zəif iradəli kişilər böyüdürlər

Belə qadınlar zəif iradəli kişilər böyüdürlər

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rusiya Dövlət Dumasının Ailə, atalıq, analıq və uşaqlarla bağlı məsələlər komitəsinin sədri Nina Ostanina ölkədə solo-analığın yayılmasını mənfi tendensiya kimi qiymətləndirib və qanunvericilərin bu məsələ ilə məşğul olacağını bildirib.
Onun sözlərinə görə, hazırda atanın uşağın tərbiyəsinə təsirini öyrənmək məqsədilə elmi araşdırmalar sifariş edilib:
“Biz artıq atalıq faktorunun uşaqların tərbiyəsinə təsiri ilə bağlı elmi tədqiqatlar sifariş etmişik. Uşağın yalnız ana tərəfindən böyüdülməsinin sonradan onun sosiallaşmasına təsir göstərəcəyini anlayırıq. Təhsil müəssisələrində qadın tərbiyəsinin nəticələrini artıq hiss edirik. Daha sonra isə feminizm çalarları olan zərif kişilər meydana çıxır. İradənin, daxili dayaq nöqtəsinin olmaması bütün bunlar qadın tərbiyəsinin nəticəsidir”.
Ostaninanın fikrincə, atasız böyüyən uşaqlar gələcəkdə də tək valideynli ailə modelini davam etdirə bilərlər. Deputat həmçinin xatırladıb ki, Rusiyada subay kişilərə surroqat analıq xidmətindən istifadə etmək qadağandır və bu kontekstdə qadınlarla bağlı məsələlərin də nəzərdən keçirilməsinin vaxtının çatdığını vurğulayıb:
“Əgər belə bir tendensiya mövcuddursa, qanunvericilər buna ciddi diqqət yetirməlidirlər”.
Deputat kişilər tərəfindən məyus qalan qadınlara Ukraynada aparılan hərbi əməliyyatlarda iştirak edən hərbçilərə diqqət yetirməyi də tövsiyə edib. Onun fikrincə, məhz bu şəxslər “əsl kişilər” hesab edilə bilər:
“Qadınlar hərbçilərlə əlaqə qurmağın yollarını tapmalı, onları dəstəkləməli və geri qayıtmalarını gözləməlidirlər. Məhz xüsusi hərbi əməliyyat zonasında əsl kişilər var”.
Ostanina ata olmadan, donor vasitəsilə süni mayalanma (EKO) yolu ilə uşaq dünyaya gətirilməsini isə ənənələrdən uzaqlaşma kimi qiymətləndirib və bu məsələ ilə bağlı statistik məlumatların əldə olunması üçün Səhiyyə Nazirliyinə müraciət edəcəyini bildirib.
Xatırladaq ki, Rusiyada “solo-analıq” fenomeni son illərdə getdikcə daha çox yayılır. “Baza” Telegram kanalının məlumatına görə, son dörd ildə donor vasitəsilə EKO proseduruna müraciət edən qadınların sayı 50% artıb. Bu xidmətə daha çox 30-45 yaş aralığında olan və ailə qurmaq üçün uyğun tərəfdaş tapa bilməyən qadınlar müraciət edirlər. “Subay ana” statusundan fərqli olaraq, solo-ana uşağı həyat yoldaşı olmadan böyütmək qərarını şüurlu şəkildə özü verir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Aprel 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri