Icma.az
close
up
RU
Adil Hüseynov: “Qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir”

Adil Hüseynov: “Qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir”

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Bütün sahələrdə quruculuq işləri aparılır, o cümlədən də idmançılarımızın beynəlxalq yarışlarda uğurlar qazanması üçün tədbirlər həyata keçirilir".

Milli.Az bildirir ki, bunu İdman.bizə müsahibəsində futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində "Neftçi", Naxçıvanın "Araz" və başqa klublarda çıxış etmiş sabiq futbolçu Azərbaycan yığmasının Millətlər Liqasındakı uğursuz çıxışını dəyərləndirib: "Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəlməsinə futbol da öz töhfəsini verməlidir. Millimizin qazandığı hər bir uğur ölkəmizə olan diqqəti artıra bilər. Təəssüf ki, komandamızın Millətlər Liqasındakı çıxışı uğursuz alındı və azarkeşlərdə futbolumuzun gələcəyi ilə bağlı bədbinlik yaratdı. Komandanın oyun fəlsəfəsi, məşqçinin tapşırıqları, futbolçuların davranışı haqqında və ümumən futboldan saatlarla danışmaq olar. Amma peşəkar idmanda əsas göstərici - nəticədir. Nəticə etibarı ilə millimiz C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Daha bundan aşağı yuvarlanmağa liqa yoxdur".

Futbol veteranı bu nəticəni utancverici hesab edir: "Yığmanın Millətlər Liqasında qeyri-qənaətbəxş çıxışı futbolsevərlərin son dərəcədə neqativ reaksiyalarına səbəb olub. Eyni zamanda, idmandan çox uzaq olan insanlar da Azərbaycan futbolunun indiki utancverici durumu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər. Hamı yekdil fikirdədir ki, qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir".

Hüseynov futbolumuz üçün yeganə çıxış yolunu da göstərib: "AFFA-nın indiki mərhələdə üzləşdiyi problemlərin miqyası elədir ki, onları yalnız dövlətin və bütün futbol ictimaiyyətinin birgə səyi ilə həll etmək mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyev idmana, o cümlədən də populyar idman növü olan futbola daim diqqət və qayğı göstərir. 10 oktyabr 2005-ci il tarixində ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycan futbolunun problemləri və onların həlli yolları göstərilmişdi. Bu proqramın icrası zamanı nazirliklər və yerli icra hakimiyyəti orqanları üzərlərinə düşən tapşırıqları yerinə yetirirlər. Respublikada müasir beynəlxalq standartlara cavab verən stadionlar və futbol meydançaları istifadəyə verilir, əlavə iş yerləri açılır. Futbolun təbliğ edilməsi, mütəxəssislərin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi işləri AFFA tərəfindən həyata keçirilir".

Futbol veteranı AFFA-nın diqqət yetirməli olduğu məqamlara da toxunub: "Biz çox istərdik ki, Dövlət Proqramının "Gözlənilən nəticə" bəndində qeyd olunmuş "beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması"na AFFA xüsusi diqqət yetirsin. Əgər onlar buna nail olsalar, o zaman milli komandalarımız beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarımız isə Avropa turnirlərində uğurlar qazana biləcəklər".

Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri