Icma.az
close
up
RU
Belə səfərlər ölkədə siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir

Belə səfərlər ölkədə siyasi mədəniyyətin formalaşdırılmasına mühüm töhfələr verir

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində mütəmadi şəkildə müxtəlif səpgili layihələr icra edildiyi məlumdur. Görüşlər, açıq müzakirələr, teledebatlar, peşəkar diskussiyalar, birgə səfərlər, konfranslar və bu kimi digər layihələr siyasi proseslərdə iştirak edən tərəflər arasında etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar olunmasına xidmət göstərir. Azərbaycan ictimaiyyəti təqribən son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir.
Siyasi partiya rəhbərlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərinin təşkili təcrübəsi də konkret məsələlərin müzakirəsi üçün işgüzar mühiti yaratmaqla tərəflər arasında konstruktiv əməkdaşlığı təşviq edir. Belə səfərlərin biri də dünən baş tutdu.
24 siyasi partiyanın sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri, qəzet redaktorları və jurnalistlərin iştirakı ilə ümumilikdə 70 nəfərdən artıq bir heyət Cəbrayıl və Zəngilana səfər etdik. Onu da qeyd edim ki, bu səfər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən sayca yeddinci səfər oldu.
Cəbrayıl və Zəngilana baş tutan səfər çərçivəsində Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat aldıq və düşmən tərəfindən basdırılmış minaların zərərsizləşdirilməsi prosesini izləmək imkanı əldə etdik. Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhər yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirildi.
Səfər çərçivəsində Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı haqqında geniş məlumat əldə etdik və eləcə də Zəngilanın Məmmədbəyli kəndi, Zəngilan şəhər məscidi, Zəngilan Konqres Mərkəzi, 104 mənzilli yaşayış kompleksi və Oxçuçay üzərində yerləşən “Zəngilan” SES-ə ekskursiya etmiş olduq.
Siyasi partiya sədrləri ilə birgə səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasilərin qarşısında çıxış edərək, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verdi. Cəbrayıl və Zəngilanın timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd etdi ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar ünvanlarından biri olacaq. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır.
Ümumi olaraq qedy edim ki, hökumətin bu cür təşəbbüslərində siyasi partiyaların fəal iştirakı sayəsində siyasətdə konstruktiv əməkdaşlıq, dövlət naminə şəxsi ambisiyalardan imtina olunması, milli həmrəylik, habelə etibarlı münasibətlər təmin edilir. Bu cür səfərlər hakimiyyətlə siyasi partiyalar arasında konstruktiv əməkdaşlığın qurulması üçün yeni imkanlar yaratmaqla ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılmasına da mühüm töhfələr verir.
Yusif Bağırzadə, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyun 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri