Icma.az
close
up
RU
Azərbaycan mühüm tərəfdaş olaraq dünya siyasi gündəminə real töhfələr verir

Azərbaycan mühüm tərəfdaş olaraq dünya siyasi gündəminə real töhfələr verir

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən dövlətimizin başçısı müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupunun qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycana yeddinci dəfə səfər etdiklərini qeyd edib. Eyni zamanda, bütün bu səfərlərin Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət etdiyini vurğulayıb.“Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir” - deyən Azərbaycan Prezidenti onlara münaqişənin tarixi və beynəlxalq dəstək olmadan ölkəmizin ərazi bütövlüyünün hərbi-siyasi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verib.

Prezident İlham Əliyev sualları cavablandırarkən Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurulduğunu, Avropa ölkələrinin bir çoxu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandığını və ya qəbul edildiyini bildirib. Bir sözlə, ölkəmiz Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamaqdadır.
“2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi” - deyən dövlət başçısı məhz buna görə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirdiyini qeyd edib. Cənab İlham Əliyev əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksək səviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirib.
Çıxışında dövlət başçısı 2020-ci ildən bəri artıq beş il ötdüyünə baxmayaraq, ölkəmizin hələ də Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşdiyini qeyd edib.
Forumun yekunu bir daha göstərdi ki, dünyada gedən mürəkkəb proseslər fonunda milli maraqlara əsaslanan və qlobal sülhə töhfə verən siyasət modeli aktuallıq qazanır. ADA Universitetində təşkil olunan bu cür tədbirlər təkcə intellektual müzakirə meydanı deyil, eyni zamanda gələcək üçün strateji baxışların formalaşdığı nüfuzlu tribuna kimi çıxış edir. Bu forum da sübut etdi ki, ölkəmiz dialoq və əməkdaşlıq mədəniyyətini təşviq edən mühüm tərəfdaş olaraq dünya siyasi gündəminə real töhfələr verir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Aprel 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri