Icma.az
close
up
RU
Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərdilər

Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərdilər

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da sonradan təyyarə Qazaxstanın Aktau hava limanına yönəldilib və orada qəzaya uğrayıb.

Nəticədə göyərtədə olan 67 nəfərdən 38-i dünyasını dəyişib, 29-u yaralanıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Az.TV-yə müsahibəsində təyyarəmizin Rusiya tərəfindən vurulduğunu deyib və qeyd edib ki, Rusiya Azərbaycandan üzr istəsə də digər şərtləri yerinə yetirməyib. Belə ki, Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalı və Azərbaycan dövlətinə, eyni zamanda zərərçəkmişlərin ailəsinə təzminat ödənilməlidir. Lakin təyyarənin qəzaya uğramasından sonra Rusiya tərəfi hadisəni ört basdır etmək istəmişdi.

Rusiya tərəfi gah təyyarənin qəzaya uğramasını quş sürüsü ilə toqquşması, gah da qaz balonunun partlaması ilə əlaqələndirməyə çalışır. Lakin, bu, versiyaların hər ikisi qəbulolunmazdır. Çünki, təyyarə xaricdən bir neçə dəfə zədə alıb, və idarəetmə demək olar ki, itirilib.

Qəhrəman pilotlar öz peşəkarlıqları nəticəsində raketlə vurulmuş, idarəetməsi itmiş bir təyyarəni öz həyatları bahasına ön təkər üzərinə endirmişlər. Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərərək sərnişinləri sakit olmağa, yerlərində əyləşərək kəmərləri bağlamağa çağırmışlar.

Hər iki pilot və bir bələdçi bu qəzada həlak olmuşdur. Azərbaycanın Dövlət başçısı müsahibəsində eyni zamanda qeyd etmişdir: Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim.

Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax, bu faktdır və bu faktı heç kim dana bilməz. Pilotlat və ekipaj üzvləri-onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər.

Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər insani davranış göstərmişlər.

Onların fəaliyyəti Azərbaycan tərəfindən layiqincə qiymətləndiriləcək Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökümə Cəlil qızı (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı, Əsədov Zülfüqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Aytac Quliyeva

Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin həyat yoldaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri